Qərara əsasən Məhkəmə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 6 (1), (2), (3)(b), (s) və (d) maddəsinin pozulmasını müəyyən etmişdir.
Bu pozuntular nədə ifadə olunmuşlar?
1. Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin tərkibi onun qərəzsizliyini təmin etməmişdir.
2. İbtidai istintaqın ilk bir neçə günü ərzində Ərizəçilərdən üçü vəkil ilə görüşə bilmədiklərinə görə, müdafiə hüququ pozulmuşdur.
3. Məhkəmə baxışı ərəfəsində iş materialları ilə tanışlıq üçün müdafiə tərəfi kifayət qədər vaxta və imkana malik olmamışdır.
4. Məhkəmə baxışında Ərizəçilərin müdafiə hüququndan istifadə etməsinin təmin edilməsi üçün zəruri tədbirlər görülməmişdir.
5. Məhkəmə çıxışları zamanı Ərizəçilər müdafiə çıxışlarından məhrum edilərək, ittiham tərəfi ilə müqayisədə əlverişsiz vəziyyətə salınmışlar.
6. Ərizəçilərin şahidləri dindirmək və ədalətli məhkəmə qərarı hüququ pozulmuşdur.
7. Apellyasiya və kassasiya şikayətlərinə baxan məhkəmələr Ərizəçilərin faktiki və hüquqi dəlillərinə qiymət verməmiş, sadəcə olaraq aşağı məhkəmənin nəticələrini təkrarlamışdır.
8. Avropa İnsan Hüquqları Məhkəməsi həm də bu nəticəyə gəlmişdir ki, Ərizəçilərin işi üzrə məhkəmə baxışı ədalətli məhkəmə araşdırılması tələblərinə ziddir.
9. Ərizəçilərin təqsirsizlik prezumpsiyası pozulmuşdur.
Məhkəmə həm də hər bir Ərizəçi üçün 10.000 Avro məbləğində təzminat, P.Hüseyn və S.Cəlaloğlunu nümayəndəsinin göstərdiyi hüquq xidmətlərinə görə, 3.200 Avro, R.Arifoğlunun hüquq xərclərinə görə 1.500 Avro və A.Hacılının çəkdiyi xərclərə görə, 3.000 Avro miqdarında məbləğlərin Azərbaycan hökümətindən tutulmasını qərara almışdır.
Справка: По итогам выборов 06 ноября 2005 г. Ф.Керимова по решению окружной избирательной комиссии была признана избранной в депутаты Милли Меджлиса Азербайджанской Республики. При этом за нее фактически проголосовало на 1644 избирателей больше, чем за кандидата правящей партии, результат которой был вторым. В окружной комиссии количество голосов Ф.Керимовой сократили в пользу кандидата от ЙАПа. Тем не менее, даже после этого отрыв Флоры ханым от кандидата правящей партии составил 1259 голосов.
Центральная Избирательная Комиссия отменила решение окружной избирательной комиссии и признала выборы по этому округу недействительными, указав, что в протоколы о результатах голосования были внесены недопустимые изменения, и эти нарушения не позволяют определить волеизъявление избирателей.
Ф.Керимова обратилась в суд с жалобой на решение ЦИК, и попросила принять решение о ее избрании депутатом Милли Меджлиса Азербайджанской Республики. Ее жалоба основывалась на том, что ее пытаются лишить депутатского мандата на основании того, что в протоколах ее же голоса были сокращены.
И апелляционный суд, и Верховный Суд оставили решение ЦИК без изменений.
Тогда мы обратились в Европейский суд прав человека. Как и следовало ожидать, Европейский Суд прав человека в своем решении от 30 сентября 2011 г. указал, что фактические обстоятельства дела ясно раскрывают ситуацию, в которой нарушения, какими бы грубыми они ни были, не влияют на конечный результат выборов и не ставят под сомнение выбор, сделанный большинством избирателей округа. Что касается решения ЦИК от 8 ноября 2005 г., признавшего результаты выборов в округе заявителя недействительными, Суд отметил, что оно совершенно безосновательно.
В решении ЕСПЧ также было отмечено, что местные суды просто повторили выводы ЦИКа, отказались исследовать первичные доказательства, не смогли проверить соответствие решения ЦИК требованиям избирательного права. Таким образом, способ рассмотрения жалоб заявителя, связанных с выборами, был неэффективным.
Что говорит закон?
В соответствии со ст. 431-1 Гражданско-Процессуального Кодекса Азербайджанской Республики (название статьи - Пересмотр дела по новым обстоятельствам, связанным с нарушением прав и свобод) судебные акты, вступившие в законную силу, могут быть пересмотрены по новым обстоятельствам, связанным с нарушением прав и свобод.
Согласно ст. 431-1.2.2. одним из таких оснований является установление Европейским судом прав человека допущения нарушений положений Конвенции «О защите прав человека и основных свобод» при рассмотрении дела судами Азербайджанской Республики.
На основании ст. 431-2. ГПК судебные акты по новым обстоятельствам, связанным с нарушением прав и свобод, рассматриваются Пленумом Верховного Суда Азербайджанской Республики. Пленум рассматривает дела только по правовым вопросам, связанным с исполнением постановлений Конституционного суда Азербайджанской Республики и Европейского суда по правам человека.
Согласно ст. 431-3. ГПК после поступления постановления Европейского суда по правам человека в Верховный Суд Азербайджанской Республики в срок не позднее чем 3 месяца Пленум рассматривает на судебном заседании судебные акты по новым обстоятельствам, связанным с нарушением прав и свобод.
На основании ст. 431-4.3. ГПК в связи с постановлением Европейского суда по правам человека, Пленум Верховного Суда Азербайджанской Республики должен был принять одно из следующих постановлений:
• о полной или частичной отмене постановления суда кассационной инстанции и связанной с ним решения или определения суда апелляционной инстанции и направлении дела для пересмотра в суде апелляционной инстанции;
• об отмене постановления суда кассационной инстанции и об оставлении в силе решения или определения суда апелляционной инстанции;
• об изменении постановления суда кассационной инстанции.
Как поступил Пленум Верховного Суда?
После того, как объявили о том, что рассматривается наш вопрос, я выступил в качестве адвоката Флоры ханым Керимовой и ее представителя в Европейском суде прав человека. Прежде всего, я выразил уверенность в том, что Пленум непременно отменит постановления судов, которые не заметили очевидное и отказались удовлетворять жалобу на решение ЦИК. В то же время, я отметил, что необходимо привлечь этих судей к ответственности, т.к. их безнаказанность будет поощрять дальнейшие грубые нарушения прав человека со стороны судей.
Затем выступил представитель ЦИК адвокат Рамиз Ибрагимов.
После этого нас попросили выйти ввиду того, что Пленум будет обсуждать вопрос.
По возвращении в зал, судья Верховного Суда Али Рустамов огласил постановление Пленума: Принять во внимание нарушения, установленные решением Европейского Суда Прав Человека… И молчание!
Я спросил, а как же быть с решением апелляционного суда и коллегии Верховного Суда? С решениями, которые были признаны Европейским Судом явно необоснованными?
Кто-то спросил, а зачем же нужно их отменять?
Таким образом, по данному делу Пленум Верховного Суда Азербайджанской Республики фактически не выполнил свою конституционную миссию, оставил в силе явно незаконные решения, которые признаны таковыми и Европейским судом прав человека. Пленум принял такое постановление, которое вообще не предусмотрено Гражданско-Процессуальным Кодексом.
Обратите внимание – Пленум был вправе принять одно из следующих постановлений:
• о полной или частичной отмене постановления суда кассационной инстанции и связанной с ним решения или определения суда апелляционной инстанции и направлении дела для пересмотра в суде апелляционной инстанции;
• об отмене постановления суда кассационной инстанции и об оставлении в силе решения или определения суда апелляционной инстанции;
• об изменении постановления суда кассационной инстанции.
Пленум Верховного Суда принял то, что противоречит ЗАКОНУ. Не слишком хороший пример для подражания, не так ли?
Этим постановлением, Азербайджанское государство фактически уклоняется от исполнения решения Европейского Суда прав человека! Имеет место грубое нарушение международно-правовых обязательств со стороны Азербайджанской Республики.
Bakı şəhəri, Füzuli küçəsindəki 58 saylı evin 51 saylı mənzilinin mülkiyyətçisi Nuriyə Xalikovanın söylədiklərindən:
- Təxminən saat 09.00-da mən yaşadığım binanın çoxsaylı polis əməkdaşları və mülki geyimli şəxslər tərəfindən mühasirəyə alındığını gördüm.
- 09.11-də qapımı döydülər. Soruşanda ki, kimdir, cavab verdilər ki, mən bilirəm onlar kimlərdir, qapını açmalıyam. Mən qapının gözlüyündən baxanda gördüm ki, onun qarşısında tanımadığım 10-a yaxın adam var, buna görə də, qapını açmaqdan imtina etdim.
- Bundan sonra onlar qapını sındırmağa başladılar. Mənim etirazlarıma heç bir əhəmiyyət vermirdilər.
- Bir-neçə dəqiqədə qapını sındıraraq, mənim razılığım olmadan içəriyə daxil oldular. Onların icərisində 5-6 fəhlə, 5-6 polis formalı və 3 nəfər mülki geyimli şəxs var idi. Mən onlardan mənzili tərk etmələrini tələb etsəm də, buna heç fikir də vermirdilər. İçəri daxil olanlar dərhal mənim əşyalarımı götürüb aparmağa başladılar.
- Bir nəfər saçları seyrək, kök adam məndən rus dilində mənzili tərk etməyimi tələb etdi. Bildirdi ki, aşağıda Bakı şəhər icra hakimiyyətinin nümayəndəsi mənimlə danışacaq. Mən bundan imtina etdim. Onlar özbaşınalıqlarını davam etdirirdilər.
- Təxminən saat 09.30 radələrində mənə qarşı bu amansız, qeyri-insani rəftardan, illərlə yaşadığım və mülkiyyətimdə olan mənzildən əşyalarımın aparılması, özümün öz yaşayış sahəmdən qovulmağım nəticəsində səhhətim pozulduğundan 103 xidmətinə zəng edərək təcili yardım dəvət etdim.
- Bir qədər sonra təcili yardım stansiyasının maşını gəlməsinə baxmayaraq, onu evə buraxmadılar. Sonra halım daha da pisləşəndə, məni bir polis nəfəri qucağında aşağı düşürtdü və həyətdəki bir kresloda otuzdurdular.
- Təxminən saat 10.00-da məni polis bölməsinin maşınına, barmaqlıqlar arxasına əyləşdirdilər və saat 10.10 dəqiqədə Nəsimi rayon polis idarəsinin 22 saylı polis bölməsinə gətirdilər və bir otaqda əyləşdirdilər.
- Orada qonşularım 74 yaşlı onkoloji xəstə Elnarə Qarayeva, Larisa Abbasova, Flora Qədimova, Sevinc Qasımova və daha 2 qadını gördüm. Bundan başqa ağır diabet xəstəsi Elmar, Çingiz və qardaşı, daha bir kişi də orada oturmuşdular. Bizə polis bölməsini tərk etmək qadağan edildi.
- Mənim ürəyim bulandı. Bir qədər keçdikdən sonra təcili yardım karetasi gələrək məni müayinə etdi. 2/1627 arayış tərtib edildi, müəyyən olundu ki, qan təzyiqim qəfil yuxarı qalxmış, 140/100 olmuşdur. Mənə tibb yardımı göstərdikdən sonra, təcili yardım həkimi Larisa Abasovaya yardım göstərdi.
- Elmarın halı pisləşdiyi üçün (o, xəstəliyinə görə vaxtında qidalanmalıdır və insulin qəbul etməlidir), saat 14-dən sonra biz onun ya qidalandıralması və ona insulin vurulmasını, ya da ki, buraxılmasını tələb etdik, çünki onun həyatı real təhlükədə idi. Onu yalnız saat 15-dən sonra buraxdılar.
- Bizi bölmədən buraxmır, bildirirdilər ki, rəisə hələ bizim buraxılmağımız haqqında göstəriş verilməmişdir.
- Yalnız 18.30 radələrində bir polis zabiti bizim olduğumuz otağa gələrək, bildirdi ki, biz izahat yazaq və orada göstərək ki, səs-küy saldığımıza görə, bizi polis bölməsinə gətirmişlər. Biz hamılıqla etiraz etdik və bildirdik ki, biz öz mənzilimizdə olmuş, heç bir səs-küy salmamışıq, əksinə, polis əməkdaşları və bizim evimizə aidiyyatı olmayan şəxslər bizim mənzil hüquqlarımızı pozub, zorla mənzilimizə daxil olub, özümüzü də polisə gətirmişlər.
- Bundan sonra o, otaqdan çıxdı, bir neçə dəqiqədən sonra qayıtdı və bildirdi ki, izahat verməkdən imtina etdiyinizi yazın. Mən bundan da imtina etdim. Bizi yalnız saat 19.10 radələrində buraxdılar.
- Mən öz evimizin yanına gəldim, öz mənzilimə qalxdım, mənzil darmadağın edilmişdi, hətta unitazla əl-üzyuyanı aparmışdılar.
- Bundan sonra aşağı düşdüm, binanın ətrafında Zülfəli İsmayılov gəzişirdi. Mənə və Floraya bildirdi ki, bizim əşyalarımız Təhsil Nazirliyi ilə üzbəüz yerləşən ambarda saxlanılır.
- Oraya yollandıq. Gördüm ki, mənim əşyalarım necə gəldi, ora atılmışdır. Hələ indiyədək bilmirəm ki, hansı əşyam salamatdır, hansı var, hansı yoxdur.
obyektiv.tv/index.php?view=video&id=805&o
www.azadliq.org/audio/broadcastprogram/2
Dəfələrlə bildirmişdik ki, Bakı şəhər icra hakimiyyətinin Zülfəli İsmayılov adlı məmurunun başçılığı altında heç bir hüququ əsas olmadan «Qış Bulvarı» çətiri (adı) altında yüzlərlə vətəndaşların yaşadıqları, xüsusi mülkiyyətdə olan evləri, mənzilləri yaşamaq üçün yarıtmaz hala salırlar.
Bu gün Nəsimi rayon məhkəməsi Rəsul Rza küçəsindəki 2 saylı dalan və Ə.Topçubaşov küçəsindəki 64 saylı evdə, eləcə də onların ətrafına baxış keçirməlidir.
Saat 12.13-də Rəsul Rza küçəsindəki 2 saylı dalanda yaşayan iddiaçılardan biri – Mahmudova Valeriya mənə zəng vurdu ki, onların həyətinin divarlarını ekskavatorla Zülfəli İsmayılov və onun qohumunun başçılığı altında dağıdırlar. Dəhşətlisi budur ki, həyətin divarı həm də onların yaşadıqları mənzilə də aiddir. Tez həmin həyətə yollandım. Əvvəl ekskavatorun kənardan şəkillərini çəkdim, sonra isə həyətə daxil oldum…
Həyətdəki mənzərəni təsvir etmək çətindir! Hər yan toz içində, ekskavatorun çalovu (kovşu) divarı dağıdır, hər an faciə baş verə bilər, çalov divara elə zərblə dəyir ki, Mahmudovanın mənzilinə qalxan pilləkənlərin və mənzilin hələ yerində qalması özü təəccüb doğurur.
Avropa İnsan Hüquqları Məhkəməsi hətta terrorçularla döyüş dövründə belə onların evlərinin dağıdılmasını qeyri-insani rəftar hesab edirsə, hansı haqla bizim vətəndaşların mülkiyyətinə, mənzilinə, şəxsi təhlükəsizliyinə, həyat və sağlamlığına bu cür qəsdə yol verilir?
Bəlkə Füzuli, Rəsul Rza, Şəmsi Bədəlbəyli və Əlimardan Topçubaşov küçələrində, layihəsi çoxdan batırılmış «Qış Bulvarı» ərazisində yaşayanlar PKK terror təşkilatından daha təhlükəlidir?
Hansı əsasla Prezident Administrasiyasına, Baş Prokurorluğa, digər hüquq mühafizə orqanlarına vətəndaşların göndərdikləri müraciətlər hadisələrin önündə olan Bakı şəhər icra hakimiyyətinə göndərilir?
Necə olur ki, Hacıbala Abutalıbov, Zülfəli İsmayılov kimilər dövlət qulluğu ilə bir araya sığmayan hərəkətlər edirlər, onlara gözünün üstündə qaşın var deyən yoxdur?
Hakimiyyətdəkilərin niyyəti vətəndaşların öz ev-eşiklərindən kvadrat metri 1500 manatdan imtina etməsinə nail olsunlar. Məcburiyyət qarşısında ata-baba mülkünü, mənzilini tərk etməyə məcbur olanların sayı yüzlərlə, bəlkə də minlərlədir. Ərazidə partlayış nəticəsində artıq bir nəfər həyatını itirmişdir, ürək-sinir sistemi bu amansızlığa davam gətirməyən daha neçə-neçə adam dünyasını dəyişmişdir. Nə baş verməlidir ki, bu özbaşınalıq, qanunsuzluq dayandırılsın?
Bir şeyi də bilin və agah olun – Qış Bulvarı layihəsi çoxdan ayaq altına atılmişdır, belə ki, həmin layihəyə görə, bulvar dəmiryolu vağzalından, C.Cabbarlının heykəlindən başlayaraq Dövlət Dram Teatrına, daha sonra isə Elmlər Akademiyasına qədər uzanmalı idi. Bir sözlə, bu layihənin reallaşması üçün əvvəl Mərkəzi Bank sökülməli idi. Söküldümü? Xeyr! Əvəzində onun arxasında yeni Ticarət Mərkəzi inşa edilir ki, bu Qış Bulvarı layihəsinin birdəfəlik basdırılmasından başqa bir şey deyildir.
Aşağıdakı şəkillərə diqqətlə baxın… Bu hadisələr indi hamının başına gələ bilər!
Hamınızın Istiqlal Gününü tədrik edirəm!
Ali Sovet Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında 1991-ci il avqustun 30-da Bəyannamə qəbul etsə də, sənəd hüquqi baxımdan formal xarakter daşıyırdı. Ona görə də tərkibində konstitusion müddəalar olan sənədin qəbuluna ehtiyac var idi. Belə bir sənədin layihəsi, ovaxtkı hakimiyyət tərəfindən hazırlansa da, buna alternativ variant da hazırlanmışdı. Həmin alternativ layihənin müəllifi tanınmış hüquqşunas Fuad Ağayev idi. F.Ağayev müsahibəsinə alternativ layihənin necə meydana gəlməsindən danışmaqla başladı.
- O zaman Ali Sovetə təqdim olunmuş layihənin müəllifi Şahin Əliyev (hazırda Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri işləyir - müəl.) idi. Deputatlara paylanmış mətni Etibar Məmmədov mənə verdi. Şəxsən məni həmin layihə xeyli dərəcədə qane etmirdi. Belə bir hal, yəni dövlət müstəqilliyinin bərpası min ildə olan bir hadisədir. Dövlət müstəqillliyinin bərpası o demək idi ki, Azərbaycan beynəlxalq hüququn yeni bir subyektinə çevriləcək. Azərbaycanın Sovet İttifaqında olan müttəfiq respublikalarla münasibətlərində beynəlxalq hüquqdan irəli gələn, hüquqi varisliklə bağlı məsələlər yaranırdı. Hökumət layihəsi bu sualları cavablandırmırdı. Həmin layihədə, bizi qane edən əsas məsələ Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi və SSRİ-nin yaradılması haqqında müqavilənin etibarsız sayılması ilə bağlı maddə idi. Burada bizim mövqeyimiz uyğun idi. Müstəqilliklə bağlı sənədə belə yanaşma yetərli deyildi. Ona görə də Etibar bəylə danışıb, alternativ layihəni hazırladım. Layihə ilk dəfə "Millət" qəzetinin sıfırıncı sayında çap olundu.
- Layihələr arasında başqa hansı fərqlər var idi?
- Oktyabrın 17-də Ali Sovetdə dövlət müstəqilliyi barədə Konstitusiya Aktı müzakirəyə çıxarılanda bizim layihə ümumiyyətlə nəzərə alınmamışdı. Bu zaman deputat İnqilab Nadirov məsələ qaldırdı ki, alternativ layihə var və bundan sonra Ali Sovet qərara gəldi ki, İşçi Qrup bu iki layihə üzərində çalışıb, vahid layihə təqdim etsin. Elə həmin axşam bu sənəd üzərində iş getdi. Müzakirələrdə işçi qrupun rəhbəri, deputat Hacıbaba Əzimov, Şahin Əliyev, Niyazi Səfərov və mən iştirak edirdim. Mən indi də o fikirdəyəm ki, bizim layihə xeyli dərəcədə o zamanın tələblərinə daha uyğun idi. Çünki o, ilk növbədə hüquq varisliyi, bununla bağlı yaranan və yaranacaq mülkiyyət məsələlərini həll edirdi. Azərbaycan ərazisində yerləşən daşınmaz əmlakın Azərbaycana məxsus olması, daşınar mülkiyyətin isə yalnız müvafiq sazişlər əsasında başqa dövlətə verilməsi, keçmiş SSRİ qanunvericiliyinin hansı hədlərdə, Azərbaycan ərazisində hüquqi qüvvəyə malik olması barədə məsələlər nəzərdə tutulurdu. Bütun bunlar nəzəriyyədən daha çox, praktiki məsələlər idi. Məsələn, elan edilsəydi ki, Azərbaycan ərazisində yalnız Azərbaycan qanunları işləyəcək, bu, xaosa, ağlasığmaz özbaşınalıqlara gətirib çıxarardı. Heç də SSRİ-nin bütün qanunları Azərbaycanın müstəqilliyinə zidd olan qanunlar deyildi. Məsələn, mülkiyyət, sahibkarlıqla bağlı qanunlar. Hökumət layihəsində belə müddəalar yox dərəcəsində idi. Bizim təklifdə normativ aktlarla bağlı qeyd olunurdu ki, Azərbaycanın müstəqilliyinə xələl gətirməyən SSRİ qanunlarını Ali Sovet müəyyənləşdirsin. Bu, çox praktiki məsələ idi. Əmlak məsələləri ilə bağlı isə biz ilk növbədə keçmiş İttifaq dövlətləri ilə, Rusiya Federasiyası və başqa respublikalarla münasibətlərimizi müəyyən etməli idik. Kobud desək, bilməliydik ki, alacağımız nədir, verəcəyimiz nə. Bunun üçün isə Konstitusiya Aktında beynəlxalq hüquqla uzlaşan, dövlətimizin mənafeyinə uyğun olan, danışıqlar zamanı istinad edilə bilən normalar olmalı idi. Bundan başqa, hökumət layihəsində demək olar ki, preambula yox idi. Nəticə etibarilə 18 oktyabrda müzakirəyə çıxarılan layihədə təkliflərimiz istədiyimiz qədər olmasa da, kifayət qədər nəzərə alınmışdı.
- Təklif etdiyiniz hansı maddə keçmədi?
- Beynəlxalq müqavilələrlə, hüquqi varislik ilə bağlı bəzi məsələlər keçmədi... Əfsuslar olsun ki, bu Aktın bir sıra müddəalarına da sonradan tam əməl olunmadı. Məsələn, Azərbaycanın müstəqilliyinə xələl gətirməyən SSRİ qanunlarının siyahısı yalnız 2 il keçəndən sonra təsdiq edildi. Alternativ layihəmizlə biz ona nail olduq ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı xeyli yaxşılaşdı. Ancaq yenə deyirəm, ilkin variant isdədiyimiz şəkildə yaxşılaşmadı.
- Ali Sovetdə müstəqilliklə bağlı sənədə ikili yanaşma var idi və bu, səsvermədə də özünü göstərdi. Bu nə ilə bağlı idi?
- O vaxt Ali Sovetin 350 deputatından 15 nəfərin sənədin əleyhinə səs verməsi mənim üçün təəccüblü deyildi. Açığı, onların sənədin əleyhinə niyə səs vermələri məni düşündürməyib və heç bilmirəm də onlar kimlərdir.
- Bəs bu halda referendum keçirilməsi zərurəti nə ilə bağlı idi?
- Referendum keçirilməsi vacib idi. Birincisi, ona görə ki, 1991-ci ilin martında SSRİ-nin qalıb-qalmaması haqqında referendum ölkəmizdə "ənənə"lərə uyğun keçirildi və nəticələri də xoşagələn olmadı. Əlbəttə ki, Ali Sovetdə Konstitusiya Aktı qəbul ediləndən sonra çoxları həmin sənədi referendumun nəticələri ilə qarşı-qarşıya qoyurdu. Deyirdilər ki, xalq SSRİ-nin lehinə səs verib, Ali Sovet xalqın iradəsini öz iradəsi ilə əvəzləyə bilməz. Həmin bəhanənin aradan qaldırılması üçün referendum keçirilməsinə lüzum var idi. Bu, həm də ona görə vacib idi ki, İttifaq tərəfindən güc tətbiqinin qarşısının alınması üçün hər hansı formal hüquqi əsas qalmasın.
- 18 oktyabrın qeyri-iş günü kimi ləğv olunmasını necə qarşıladınız?
- Şəxsən mənə görə, 18 oktyabr daha artıq önəmlidir, nəinki başqa bayramlar. Bu günün istirahət günü kimi qeyd olunmasının qarşısının alınması Azərbaycanın müstəqilliyi uğrunda çalışmış adamların fəaliyyətinə, dolayısı ilə Azərbaycanın müstəqilliyinin bərpasına həsr olunmuş mübarizəyə kölgə salır.
- Yeri gəlmişkən, keçmiş deputat Hacıbaba Əzimov hər il bu günün eyni zamanda istirahət günü olaraq qeyd olunması ilə bağlı müraciətlər etsə də, hələ bir nəticə yoxdur...
- O zaman fəaliyyət göstərmiş deputatların hətta pensiya hüquqları tanınmır. Hacıbaba müəllim tet-tez deyir ki, bu, müstəqillik üçün çalışanlara qarşı mütəşəkkil fəaliyyətdir. Onun dedikləri heç də əsassız deyil. Erməni qəsbkarlarına dayaq olan və müəyyən mənada onlar tərəfindən idarə olunan Sovet İttifaqından qopmaq üçün, milli-azadlıq hərəkatında, onun ön sırasında riskli fəaliyyətdə olanlara belə münasibət bəslənməsi əlbəttə ki, bu hakimiyyət qarşısında bir sıra məsələləri qaldırır. Belə məsələlərdə diqqətli olmaq lazımdır. Mən də hesab edirəm ki, 18 oktyabr yenidən həm də istirahət günü kimi qeyd olunmalıdır.
- Konstitusiya aktı qəbul olunandan sonra ölkədə vəziyyət necə idi. Müstəqilliklə bağlı ikili mövqe yenə də qalırdımı?
- Həmin dövr ümid sözü ilə xarakterizə oluna bilər. Müstəqil, firavan gələcəyə çox ümid var idi. Deyə bilmərəm, tam əminlik var idi ki, Azərbaycana təzyiqlər olmayacaq, amma ümidlər hələ çox idi...
СТРАСБУРГ/30.09.10/TURAN: Европейский суд по правам человека вынес сегодня очередное решение против правительства Азербайджана. На этот раз по жалобе певицы Флоры Керимовой, поданной 23 мая 2006 года.
Керимова утверждала, что хотя она одержала на парламентских выборах в своем округе (Сумгайытский второй), что подтвердила Окружная избирательная комиссия, тем не менее, ЦИК отменила это решение и признала выборы недействительными по причине фальсификаций части протоколов.
Материалы дела свидетельствуют, что Флора Керимова набрала наибольшее число голосов (5566), а второе место занял представитель партии “Ени Азербайджан” (3922). Несмотря на это, ЦИК не признала факт победы Керимовой на выборах и отменила их итоги в нескольких участках ввиду их фальсификации. Большинство фальсификаций имели место на уровне председателя Окружной избирательной комиссии. ЦИК постановила, что вмешательство в голосование сделало невозможнымустановление волеизъявления избирателей и назначила перевыборы. Однако проверка показала, что даже после фальсификаций, Керимова одержала победу с перевесом в 1259 голосов.
В этой связи Евросуд постановил, что правительство Азербайджана, как государство-ответчик должно выплатить заявителю в течение трех месяцев со дня решения суда 50.000 тысяч евро в качестве компенсации материального ущерба. Еще 7500 евро за моральный ущерб и 1600 евро за судебные расходы.
Комментируя Turan решение Евросуда, адвокат Флоры Керимовой Фуад Агаев сказал, что Европейский Суд по правам человека признал необоснованным лишение Флоры Керимовой депутатского мандата. Кроме того, это решение было принято в нарушение Избирательного Кодекса.
Евросуд, фактически признавший Ф.Керимову избранной в 2005 г. депутатом, единогласно постановил, что была нарушена ст. 3 Протокола № 1 (право на свободные выборы) Конвенции о защите прав человека и основных прав, отметил Фуад Агаев.
Напомним, что ранее Евросуд принял аналогичное решение по жалобе жителя Барды Неймата Алиева.