?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

«Mülkiyyət müqəddəsdir» İctimai Komitəsinin

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Müraciəti

Hörmətli cənab Prezident!

Ötən ay, 20 aprel 2010-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisi «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanun layihəsini üçüncü oxunuşda qəbul etmişdir.

Adı çəkilən layihənin özündə bəyan edildiyinə görə, o, dövlət ehtiyacları üçün torpağın alınması məqsədləri və zəruriliyi, qiymətləndirilməsi, kompensasiya ilə bağlı iddialar, kompensasiyanın qiymətləndirilməsində nəzərə alınması tələb olunan amillər və digər məsələləri geniş şəkildə əhatə edir.

Lakin ekspertlərin verdikləri rəylər, eləcə də Komitəmizin mülkiyyətçilərin hüquqlarının müdafiəsini həyata keçirən tanınmış ictimai birliklərin, eləcə də sahibkarların, tanınmış dövlət xadimlərinin və ictimai xadimlərin iştirakı ilə keçirdiyi konfransda söylənilən fikirlər bu nəticəyə gəlməyə əsas verir ki, göstərilən layihə qanuna çevriləcəyi təqdirdə, vətəndaşların, özəl təşkilatların, bütün mülkiyyətçilərin hüquqlarını hazırki vəziyyətlə müqayisədə qat-qat daha artıq dərəcədə dövlət aparatından asılı vəziyyətə sala bilər.

Layihədə Mülki Məcəllənin 157.9. maddəsi nəzərə alınmamaqla, «dövlət ehtiyacları» anlayışının həcmi süni olaraq genişləndirilmişdir ki, nəticədə daha artıq sayda mülkiyyətçilər gələcəkdə belə ehtiyac adı altında mülkiyyətini itirə bilər.

Bundan başqa, o, torpaqların dövlət ehtiyacları üçün alınması üçün yeni-yeni subyektlər – torpaqları dövlət ehtiyacları üçün alan orqan, alınmanın həyata keçirilməsinə nəzarət keçirən orqan, torpağın alınması qrupları və s. müəyyən edir ki, qanunvericilik texnikası baxımından belə normalar korrupsiogen, yəni korrupsiyaya şərait yaradan normalar hesab edilir.

Layihənin ciddi qüsurlarından biri odur ki, müddətindən asılı olmayaraq, özbaşına tikili adlandırılan sahələrdə yaşayan çoxsaylı ailələrə həmin tikililərlə bağlı, ümumiyyətlə, hər hansı kompensasiya verilməsi nəzərdə tutulmur. Yüz minlərlə vətəndaşın hüquqlarını inkar edən müddəalar hətta sovet qanunvericiliyi ilə müqayisədə belə qat-qat mürtəcedir. SSRİ-də qanunsuz tikililərin hakimiyyət orqanlarının mənzil fonduna daxil edilməsi mexanizmi mövcud idi,  Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ da bu məsələdə ona əsaslanır ki, əgər qanunsuz tikilidən dövlət və bələdiyyə orqanlarının sükut razılığı ilə uzun müddət istifadə edilirsə, sakinlərin belə tikiliyə nəinki mənzil, hətta mülkiyyət hüququ da tanına bilər.

Kompensasiyanın müəyyən edilməsi qaydalarının bəziləri açıq-aşkar mülkiyyətçilərə təzyiq göstərilməsinə yönəlmişdir. Məsələn, layihənin 32.3. maddəsində göstərilmişdir ki, torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir.

Hazırda qüvvədə olan Mülki Məcəllənin 247.2. maddəsinə əsasən satınalma qiyməti müəyyənləşdirilərkən həmin qiymətə torpaq sahəsinin və orada olan daşınmaz əmlakın bazar dəyəri, habelə torpaq sahəsinin alınması nəticəsində mülkiyyətçiyə dəyən bütün zərər, o cümlədən əldən çıxmış fayda da daxil olmaqla, onun üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli fərmanının 2.3 bəndinə əsasən isə “dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi  miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir”. Layihəyə görə isə 5 - 10 faizə qədər əlavə vəsait çətinliklərə görə kompensasiya adı ilə yaşayış sahəsindən çıxarılanlara verilməlidir, bir şərtlə ki, həmin şəxslər orada azı 5 il yaşasınlar (66-cı maddə). 4 il 11 ay mənzildə yaşamışsa, onun belə kompensasiyaya hüquqları olmayacaq.

Layihənin çatışmazlıqları sadalananlarla bitmir. Onun dil və üslubca qarışıq ifadə edilməsi, nəticələrinin əvvəlcədən görülməsinin çətinliyi, məntiqi ardıcıl prinsipinə əsaslanmaması və başqa çatışmazlıqları insan hüquq və azadlıqlarının pozulmasını gətirib çıxara bilər.

Hörmətli cənab Prezident!

Yuxarıdakılara əsaslanaraq, Sizdən Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinə əsasən adı çəkilən layihəni imzalamayıb Azərbaycan Respublikasının Milli Məclisinə qaytarmanızı xahiş edirik.

Comments

( 2 comments — Leave a comment )
anitra_riga
Jun. 10th, 2010 09:23 pm (UTC)
Получили ли ответ от президента? Насколько я знаю, только президент лично что то у вас изменить может. Не мне судить, я человек иной страны но сердце кровью обливается...когда вижу фотографии что происходит с прекрасным Ичери Шехер и центром города...неужели это неповторимое очарование исчезнет? Обращались ли вы в международные судебные инстанции?
fuad_agayev
Jun. 11th, 2010 10:49 am (UTC)
Ответ таков - закон уже подписан, опубликован и вступил в силу. На стадии судебного разбирательства много дел, во всяком случае, я сам веду 7 дел такого рода. Естественно, исполнительная власть не в состоянии мало-мальски четко обосновать свою позицию. В Европейский Суд прав человека обратимся, если местные суды не удовлетворят наши исковые требования.
( 2 comments — Leave a comment )

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Page Summary

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow