?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Dünən bir neçə jurnalist məndən Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» qanun layihəsi barədə rəyimi soruşmuşdur. Layihəni görmədiyimdən, konkret fikir söyləmədim.Bu gün yenidən parlamentin saytına diqqət yetirdikdə, yenə də layihəni görmədim. Orada qısa bir məlumat verilmişdir ki, iyunun 9-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi  müzakirə  edilmiş, layihənin Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatları tərəfindən guya Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün hazırlanması göstərilmişdir. Layihə ilə Seçki Məcəlləsinə 30 düzəliş təklif olunmasına baxmayaraq, məlumatda yalnız bir neçə dəyişiklikdən – «seçkilərin elan edilməsi müddətinin azaldılması», başqa sözlə desək, seçkilərin seçki gününə əvvəlki kimi azı 75 gün deyil, 60 gün qalmış elan edilməsinə dair düzəlişin, bunun nəticəsi olaraq seçki komissiyalarının təşkili, seçici siyahılarının dəqiqləşdirilməsi, seçkiqabağı təşviqata ayrılmış müddətin də əhəmiyyətli şəkildə azaldılması nəzərdə tutulmuşdur.

Bu təklifləri dünya praktikası ilə pərdələməyə çalışan layihə təşəbbüskarları məgər bilmirlər ki, seçkilərin elan edilməli olan günə bir aydan bir qədər artıq vaxt qalmış seçki qanunvericiliyini bu şəkildə dəyişdirmək demokratik cəmiyyət, hüquqi dövlət anlayışları ilə bir araya sığmayan haldır? Aydındır ki, belə düzəlişlərdən inzibati resursdan bəhrələnmə, yaxud geniş korrupsiya imkanları olan şəxslər bəhrələnə bilər.

Komitə iclasın sonunda qanun layihəsini Milli Məclisin müzakirəsinə tövsiyə etmişdir. Layihəni oxuduqdan sonra, ola bilsin, bu mövzuya qayıtdım.


Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow