?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Futbola baxmağa da məhdudiyyətlər?

2 saat bundan əvvəl futbol üzrə dünya çempionatının ilk oyunu başladı. Mən həmişəki kimi B&BTV şirkətinin yayımladığı kanallar vasitəsilə matça baxmağa hazırlaşırdım. Oyun başlamamış ORT, ESPN, Supersport, Showsport kanallarında təsvir yoxa çıxdı. Məlum oldu ki, azərbayjanlı futbol həvəskarları bu birinjiliyin oyunlarını öz-özünü «Lider» adlandırmış televiziya şirkətinə məxsus kanal vasitəsilə izləməlidirlər.

Halbuki iki gün əvvəl B&BTV şirkəti ilə əlaqə saxladıqda, mənə söylədilər ki, dünya çempionatının oyunlarını azı iki ingilisdilli, 3 rusdilli (ORT, RTR-1, RTR-2) televiziya kanalları vasitəsilə izləmək mümkündür.

Bu gün isə B&BTV şirkəti öz saytında aşağıdakı məzmunda elan vermişdir:

Hörmətli abunəçilər, nəzərinizə çatdırmaq istərdik ki, Futbol üzrə Dünya Çempionatının abunəçilərimiz tərəfindən izlənilməsi üçün, Rusiyanın ORT və RTR telekanalları ilə apardığımız uzunmüddətli danışıqlara baxmayaraq, bu telekanalların əldə etdikləri yayım hüququ yalnız Rusiya Federasiyasının ərazisini əhatə edir. Bu səbəbdən, Futbol üzrə Dünya Çempionatının keçirildiyi müddətdə ORT və RTR telekanallarının yayımı müvəqqəti dayandırılacaqdır. Buna baxmayaraq, siz Futbol üzrə Dünya Çempionatına Azərbaycan Respublikası üzrə xüsusi yayım hüququna malik olan Lider TV telekanalı vasitəsi ilə izləyə biləcəksiniz. Müvəqqəti narahatçılığa görə üzr istəyirik.

Əgər kabel televiziyası mənim qarşımda şirkəti konkret kanalların yayımlanması öhdəliyi götürmüşsə, o, niyə bu öhdəliyi yerinə yetirmir?

Maraqlıdır, doğrudandamı B&BTV şirkəti ORT RTR ilə danışıqlar aparmışdır? Tutaq ki, bu belədir, bəs ingilisdilli kanallar ilə bağlı şirkət niyə susur? Oxşar vəziyyət Ailə TV, KaTV başqa kabel televiziya şirkətlərində yaranmışdır. Buna ad qoymaq olar?
Bəlkə onlara qarşı məhkəmələrə iddia verək?

Burada, əlbəttə ki, Milli Televiziya və Radio Şurasının fəaliyyətinə də aydınlıq gətirilməlidir. 4 ildə bir dəfə keçirilən turnirdən də məhrum olmalıyıq?


Comments

( 3 comments — Leave a comment )
(Deleted comment)
bulgurkhan
Jun. 11th, 2010 06:27 pm (UTC)
+1
fuad_agayev
Jun. 14th, 2010 05:38 pm (UTC)
Случай в пабе
Мне только что рассказали забавный (забавный ли?) случай. Сегодня к половине пятого десятки любителей футбола пришли в один из пабов, расположенных в самом центре Баку, благо там можно было наблюдать игры чемпионата мира не по каналу «Лидер». Однако, тут их ожидал сюрприз – в пабе тоже, в отличие от предыдущих дней, стали показывать репортаж именно указанной вездесущей телекомпании. Само собой разумеется, никто и не собирался переводить комментарии на английский. Убедившись, что не дождутся репортажа англоязычных каналов, британцы, составляющие явное большинство в пабе, развернулись и ушли. Немногочисленные местные граждане дотерпели до конца игры.
( 3 comments — Leave a comment )

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow