?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

 Bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin veb-saytında Cəfər Cəfərovun Azərbaycana qarşı şikayəti üzrə qəbul edilmiş qərar yerləşdirilmişdir (http://cmiskp.echr.coe.int/tkp197/view.asp?item=1&portal=hbkm&action=html&highlight=Azerbaijan&sessionid=45400235&skin=hudoc-en). Qərardan göründüyü kimi, C.Cəfərova 1998-ci ildə yeni inşa edilmiş yaşayış evində mənzil verilmişdir. Lakin, elə həmin vaxt ona məlum olmuşdur ki, mənzili məcburi köçkün ailəsi tərəfindən zəbt edilmişdir. Həmin şəxslərin mənzili tərk etməkdən dəfələrlə imtina etməsi səbəbindən ərizəçi 2003-cü ildə Yasamal rayon məhkəməsinə iddia vermiş, məhkəmə həmin il iyulun 21-də iddianı təmin etmiş, mənzili zəbt etmiş ailənin oradan çıxarılmasına dair qətnamə qəbul etmişdir.

 3 il ərzində qətnamə icra edilmədiyindən, C.Cəfərov bununla bağlı Yasamal rayon məhkəməsinə şikayət vermiş, məhkəmə bu şikayəti rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin apellyasiya şikayətini təmin etmiş və qərara gəlmişdir ki, məhkəmə icraçıları mənzili zəbt etmiş şəxsləri oradan çıxarmalıdırlar.

2008-ci ildə C.Cəfərov məhkəmə qərarının icra edilməməsi ilə bağlı ona müvafiq təzminat ödənilməsinə dair müxtəlif hakimiyyət orqanlarına qarşı iddia vermişdir. Həmin iddiaya baxan rayon və apellyasiya məhkəmələri, Ali Məhkəmənin kollegiyası iddianın əsassız olması nəticəsinə gələrək, ərizəçinin tələblərini rədd etmişlər.

 Maraqlıdır ki, Yasamal rayon məhkəməsi 2008-ci ilin iyulunda, C.Cəfərovun şikayəti artıq Avropa İnsan Hüquqları Məhkəməsində olduğu zaman, mənzili zəbt etmiş şəxsin ərizəsinə əsasən 21 iyul 2003-cü il tarixli məhkəmə qətnaməsinin icrasını məcburi köçkün ailəsi bu cür şəxslərin müvəqqəti yaşaması üçün inşa edilən evlərdən birinə köçməsinə qədər təxirə salmışdır. Məhkəmə qərarının icrasının təxirə salınmasına dair qərardan şikayət verən C.Cəfərov apellyasiya məhkəməsində heç nəyə nail olmamışdır.

 C.Cəfərovun şikayətinə baxan Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən etmişdir ki, ərizəçinin Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırılması) və 1 saylı Protokolunun 1-ci maddəsi (mülkiyyətin müdafiəsi) pozulmuşdur. Bu qərar qəti olduğu andan 3 ay ərzində Azərbaycan dövləti Yasamal rayon məhkəməsinin C.Cəfərovun xeyrinə çıxardığı 21 iyul 2003-cü il tarixli qətnaməni icra etməlidir.

 Bundan başqa, Azərbaycan dövləti C.Cəfərova dəymiş maddi zərərə görə 8.695 Avro, mənəvi zərərə görə 4,800 Avro ödəməlidir. Beləliklə, milli valyutaya çevirdikdə, indiki məzənnə ilə hökumət Azərbaycan məhkəmələrinin hüquqa zidd qərarları ilə bağlı, demək olar ki, 15.000 manat ödəməli olacaq.

 Həmkarlarım Muxtar Mustafayevi və Nicat İsmayılovu təbrik edirəm!

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow