?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Bakı şəhəri, Füzuli küçəsindəki 58 saylı evin 51 saylı mənzilinin mülkiyyətçisi Nuriyə Xalikovanın söylədiklərindən:

  1. Təxminən saat 09.00-da mən yaşadığım binanın çoxsaylı polis əməkdaşları və mülki geyimli şəxslər tərəfindən mühasirəyə alındığını gördüm.
  2.  

  3. 09.11-də qapımı döydülər. Soruşanda ki, kimdir, cavab verdilər ki, mən bilirəm onlar kimlərdir, qapını açmalıyam. Mən qapının gözlüyündən baxanda gördüm ki, onun qarşısında tanımadığım 10-a yaxın adam var, buna görə də, qapını açmaqdan imtina etdim.
  4. Bundan sonra onlar qapını sındırmağa başladılar. Mənim etirazlarıma heç bir əhəmiyyət vermirdilər.
  5.  

  6. Bir-neçə dəqiqədə qapını sındıraraq, mənim razılığım olmadan içəriyə daxil oldular. Onların icərisində 5-6 fəhlə, 5-6 polis formalı və 3 nəfər mülki geyimli şəxs var idi. Mən onlardan mənzili tərk etmələrini tələb etsəm də, buna heç fikir də vermirdilər. İçəri daxil olanlar dərhal mənim əşyalarımı götürüb aparmağa başladılar.
  7. Bir nəfər saçları seyrək, kök adam məndən rus dilində mənzili tərk etməyimi tələb etdi. Bildirdi ki, aşağıda Bakı şəhər icra hakimiyyətinin nümayəndəsi mənimlə danışacaq. Mən bundan imtina etdim. Onlar özbaşınalıqlarını davam etdirirdilər.
  8. Təxminən saat 09.30 radələrində mənə qarşı bu amansız, qeyri-insani rəftardan, illərlə yaşadığım və mülkiyyətimdə olan mənzildən əşyalarımın aparılması, özümün öz yaşayış sahəmdən qovulmağım nəticəsində səhhətim pozulduğundan 103 xidmətinə zəng edərək təcili yardım dəvət etdim.
  9. Bir qədər sonra təcili yardım stansiyasının maşını gəlməsinə baxmayaraq, onu evə buraxmadılar. Sonra halım daha da pisləşəndə, məni bir polis nəfəri qucağında aşağı düşürtdü və həyətdəki bir kresloda otuzdurdular.
  10.  

  11. Təxminən saat 10.00-da məni polis bölməsinin maşınına, barmaqlıqlar arxasına əyləşdirdilər və saat 10.10 dəqiqədə Nəsimi rayon polis idarəsinin 22 saylı polis bölməsinə gətirdilər və bir otaqda əyləşdirdilər.
  12. Orada qonşularım 74 yaşlı onkoloji xəstə Elnarə Qarayeva, Larisa Abbasova, Flora Qədimova, Sevinc Qasımova və daha 2 qadını gördüm. Bundan başqa ağır diabet xəstəsi Elmar, Çingiz və qardaşı, daha bir kişi də orada oturmuşdular. Bizə polis bölməsini tərk etmək qadağan edildi.
  13. Mənim ürəyim bulandı. Bir qədər keçdikdən sonra təcili yardım karetasi gələrək məni müayinə etdi. 2/1627 arayış tərtib edildi, müəyyən olundu ki, qan təzyiqim qəfil yuxarı qalxmış, 140/100 olmuşdur. Mənə tibb yardımı göstərdikdən sonra, təcili yardım həkimi Larisa Abasovaya yardım göstərdi.
  14. Elmarın halı pisləşdiyi üçün (o, xəstəliyinə görə vaxtında qidalanmalıdır və insulin qəbul etməlidir), saat 14-dən sonra biz onun ya qidalandıralması və ona insulin vurulmasını, ya da ki, buraxılmasını tələb etdik, çünki onun həyatı real təhlükədə idi. Onu yalnız saat 15-dən sonra buraxdılar.
  15. Bizi bölmədən buraxmır, bildirirdilər ki, rəisə hələ bizim buraxılmağımız haqqında göstəriş verilməmişdir.
  16. Yalnız 18.30 radələrində bir polis zabiti bizim olduğumuz otağa gələrək, bildirdi ki, biz izahat yazaq və orada göstərək ki, səs-küy saldığımıza görə, bizi polis bölməsinə gətirmişlər. Biz hamılıqla etiraz etdik və bildirdik ki, biz öz mənzilimizdə olmuş, heç bir səs-küy salmamışıq, əksinə, polis əməkdaşları və bizim evimizə aidiyyatı olmayan şəxslər bizim mənzil hüquqlarımızı pozub, zorla mənzilimizə daxil olub, özümüzü də polisə gətirmişlər.
  17. Bundan sonra o, otaqdan çıxdı, bir neçə dəqiqədən sonra qayıtdı və bildirdi ki, izahat verməkdən imtina etdiyinizi yazın. Mən bundan da imtina etdim. Bizi yalnız saat 19.10 radələrində buraxdılar.
  18. Mən öz evimizin yanına gəldim, öz mənzilimə qalxdım, mənzil darmadağın edilmişdi, hətta unitazla əl-üzyuyanı aparmışdılar.
  19. Bundan sonra aşağı düşdüm, binanın ətrafında Zülfəli İsmayılov gəzişirdi. Mənə və Floraya bildirdi ki, bizim əşyalarımız Təhsil Nazirliyi ilə üzbəüz yerləşən ambarda saxlanılır.
  20. Oraya yollandıq. Gördüm ki, mənim əşyalarım necə gəldi, ora atılmışdır. Hələ indiyədək bilmirəm ki, hansı əşyam salamatdır, hansı var, hansı yoxdur.

 

Comments

( 3 comments — Leave a comment )
centavrus77
Nov. 27th, 2010 06:27 pm (UTC)
salam Fuad bey!
Salam! Men isteyirdim sizden sorushum Ombudsman barede. Insan hagglari pozulur ve buna artiq dozmek olmaz. Sualim - Avropa insan haqqlari komitesi ve Ombudsmene sizin tereften bir shikaet olunub mu? Men isteyirem shikayet onlara gondermek.
fuad_agayev
Nov. 28th, 2010 08:08 am (UTC)
Re: salam Fuad bey!
Əlbəttə ki, Avropa İnsan Hüquqları Məhkəməsinə çoxsaylı şikayətlərim olmuşdur. O ki, qaldı Füzuli küçəsindəki hadisələrə, belə şikayətlər göndərilmə ərəfəsindədir. Şəxsən mən Ombudsmana heç vaxt müraciət etməmişəm, ancaq sakinlər dəfələrlə şikayətlənmişlər - nəticə, daha doğrusu onun olmaması göz qabağındadır.
centavrus77
Dec. 2nd, 2010 06:51 am (UTC)
Извините за то что не могу изьяснятся на азербайджанском грамотно потому пишу на русском.Жалобы в Европейский Суд и Омбудсман не должны остаться без ответа - они должны дать ответ или отказать в помощи обьяснив причину отказа или же потребовать более детальной информации, думаю просто надо быть более настырным в этом вопросе и не сдаваться.Проблема самая большая в деньгах которые дают, 1500 за квадратный метр в центре это реально , но учитывая что у многих маленькая квадратура и им не светит купить за эти деньги в центре квартиру да еще отремонтированную... а по закону человек имеет право выбирать себе там где захочеться свое место жительсто даже в 100 метрах от бывшего места жительства.Тем более парк -это не обьект стратегически важный для страны, остальные права людей так же нарушаются.Покинутые дома разрушаются рабочими которые растаскивают материалы,камни с крыш падают на машины,дети бегают по улице и это так же угроза для них как и для людей идущих по этой улице. Я позвонила в МЧС и дала жалобу - о том что нету перегородок и что рабочие творят что хотят.Через неделю пришли из МЧС и рабочие перестали ломать крыши и кидать камни на центр улицы, я надеюсь поставят перегородки.Надо идти дальше и не переставать обращатся в нужныеинстанции.Я думаю президент многого не знает - он наверное не осведомлен ни о реальных ценах, ни о том как обращаются с его согражданами, ни о бесчинстве которое творитсяю Попытаемся все это донести ему в надлежащей форме.Сдаваться не стоит и боятся тоже, олумден башга хершейе чаре вар.
( 3 comments — Leave a comment )

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow