?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Avropa İnsan Hüquqları Məhkəməsi Pənah Hüseyn, Sərdar Cəlaloğlu, Rauf Arifoğlu, Arif Hacılının Azərbaycan Respublikasına qarşı ərizələri üzrə öz qərarını elan etmişdir.
Qərara əsasən Məhkəmə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 6 (1), (2), (3)(b), (s) və (d) maddəsinin pozulmasını müəyyən etmişdir.
Bu pozuntular nədə ifadə olunmuşlar?
1. Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin tərkibi onun qərəzsizliyini təmin etməmişdir.
2. İbtidai istintaqın ilk bir neçə günü ərzində Ərizəçilərdən üçü vəkil ilə görüşə bilmədiklərinə görə, müdafiə hüququ pozulmuşdur.
3. Məhkəmə baxışı ərəfəsində iş materialları ilə tanışlıq üçün müdafiə tərəfi kifayət qədər vaxta və imkana malik olmamışdır.
4. Məhkəmə baxışında Ərizəçilərin müdafiə hüququndan istifadə etməsinin təmin edilməsi üçün zəruri tədbirlər görülməmişdir.
5. Məhkəmə çıxışları zamanı Ərizəçilər müdafiə çıxışlarından məhrum edilərək, ittiham tərəfi ilə müqayisədə əlverişsiz vəziyyətə salınmışlar.
6. Ərizəçilərin şahidləri dindirmək və ədalətli məhkəmə qərarı hüququ pozulmuşdur.
7. Apellyasiya və kassasiya şikayətlərinə baxan məhkəmələr Ərizəçilərin faktiki və hüquqi dəlillərinə qiymət verməmiş, sadəcə olaraq aşağı məhkəmənin nəticələrini təkrarlamışdır.
8. Avropa İnsan Hüquqları Məhkəməsi həm də bu nəticəyə gəlmişdir ki, Ərizəçilərin işi üzrə məhkəmə baxışı ədalətli məhkəmə araşdırılması tələblərinə ziddir.
9. Ərizəçilərin təqsirsizlik prezumpsiyası pozulmuşdur.
Məhkəmə həm də hər bir Ərizəçi üçün 10.000 Avro məbləğində təzminat, P.Hüseyn və S.Cəlaloğlunu nümayəndəsinin göstərdiyi hüquq xidmətlərinə görə, 3.200 Avro, R.Arifoğlunun hüquq xərclərinə görə 1.500 Avro və A.Hacılının çəkdiyi xərclərə görə, 3.000 Avro miqdarında məbləğlərin Azərbaycan hökümətindən tutulmasını qərara almışdır.
 

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow