?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Fuad Ağayev: “Onun həbsi və axtarışı haqqında müvafiq qərarlar, təqsirini təsdiqləyən sübutlar olmalıdır”

Ötən gün “Avropa.info” saytının yaydığı məlumata əsasən, fəaliyyəti dayandırılmış ABU-nin sabiq rektoru Elşad Abdullayevin Azərbaycana ekstradisiyası üçün fəal iş aparılır. Bunun üçün bir neçə gün əvvəl ölkənin siyasi gündəminə təsir imkanları böyük olan iri ranqlı məmurlardan biri Fransanın Azərbaycandakı səfiri Paskal Mönienlə danışıqlar aparıb. Görüş başlar-başlamaz Azərbaycan rəsmisi hücuma keçərək Elşad Abdullayevi “cinayətkar” adlandırıb, Fransa hökumətini onu himayə etməkdə suçlayıb. Hətta Azərbaycan məmuru bildirib ki, Elşad Abdullayev Azərbaycana verilməyəcəyi təqdirdə iki ölkə arasındakı münasibətlərə zərbə dəyəcək. Səfir isə öz növbəsində Fransanı təmsil etdiyini və heç kimin onunla təzyiq məzmununda danışmaq haqqının olmadığını söyləyib. Bundan sonra azərbaycanlı məmur səfirlə mülayim tərzdə danışaraq, Fransa hakim dairələrindəki nüfuzundan istifadə edərək Elşad Abdullayevin ölkəyə gətirilməsinə yardımçı olmasını xahiş edib. Səfir Paskal Mönien isə bunun ölkəsinin qanunlarına zidd olduğunu və sabiq rektorun Fransa hökuməti tərəfindən qorunduğunu deyib. Paskal Mönien bu işdə heç bir köməklik göstərə bilməyəcəyini məmurun diqqətinə çatdırıb. Elşad Abdullayevin sözçüsü Elnur Məcidli sabiq rektorun ölkəyə qaytarılması üçün cəhdlər olduğunu təsdiqləyib və hakimiyyətin addımlarının uğursuzluqla nəticələndiyini deyib

Məsələnin hüquqi tərəfini “Bizim Yol”a şərh edən tanınmış vəkil Fuad Ağayev bildirib ki, Azərbaycan hökuməti başqa dövlətin ərazisindən vətəndaşını gətirmək üçün müəyyən hüquqi əsaslara malik olmalıdır: “Bir qayda olaraq müəyyən hüquqi əsaslardan başlıcası və tətbiq ediləni məhkəmənin axtarış, yaxud həbs-qəti imkan tədbiri barəsində qərarıdır. Belə hallarda Ədliyyə Nazirliyi vasitəsilə müvafiq istintaq orqanı, prokurorluq öz müraciətini müvafiq ölkənin Ədliyyə Nazirliyinə ünvanlayır və həmin şəxsin verilməsini tələb edir. Aydın məsələdir ki, bundan sonra müvafiq dövlətin məhkəməsində müraciətə baxılır. Əgər söhbət Elşad Abdullayevdən gedirsə, ən azı o, nədəsə təqsirləndirilməlidir, xüsusən də, o, təqsirləndirildiyi cinayətlərə görə azı 2 il azadlıqdan məhrum olunma qərarı ilə üzləşməlidir. Yəni formal tələblərin bir hissəsi bundan ibarətdir. Bir daha təkrar edirəm, həbs və axtarış haqqında müvafiq qərarlar, onun təqsirini təsdiqləyən sübutlar olmalıdır”. Fuad Ağayev “lap, müraciət olsa belə, onun təmin olunma perspektivinə şəxsən mən çox böyük şübhə ilə yanaşıram” deyərək əlavə etdi ki, artıq ortalıqda olan sübut və müzakirələrdən hər şey bəllidir: “Ki, onun Azərbaycana verilməsi nəylə nəticələnə bilər. Yəni bu hadisə ədalət mühakiməsinin aparılmasına xidmət edən bir hal ola bilməz. Hesab edirəm ki, Elşad Abdullayevin kifayət qədər Fransada ixtisaslı vəkillərin yardımından bəhrələnmək imkanı var. Bütün bunları ümumləşdirib deyə bilərəm ki, Elşad Abdullayevin Azərbaycana verilmə ehtimalı sıfıra yaxındır”.

Natiq CAVADLI

http://bizimyolinfo.com/?sehife=1&xeber=5962

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow