?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolarda adı vasitəçi kimi çəkilən Sevinc Babayevanın yayılan ölüm xəbəri nəhayət ki, təsdiqləndi. İlkin məlumata əsasən, S.Babayeva dekabrın 26-da “Medicana International İstanbul” xəstəxanasında ölüb. Xəstəxanadan bildirilib ki, S.Babayevanın meyiti Türkiyə Ədliyyə Nazirliyinin ekspertizasına aprılıb və hazırda da həmin yerdə saxlanılır

Qeyd edək ki, bir həftə əvvəl “Azadlıq” qəzeti S.Babayevanın ölməsi haqqında etibarlı mənbələrdən məlumat aldığını yazmışdı. Bir gün sonra hüquq-mühafizə orqanları S. Babayevanın İnterpol-a axtarışa verildi barədə xəbər yaydı. Bu həftənin sonunda isə Respublika Prokurorluğu xanım Babayevanın oğluna istinadən onun öldüyünü bildirdi. Beləliklə, xəbər yayılan gün ilk sual “Babayeva öldürülə bilərmi, kim öldürüb” oldu. Yaxud o, cinayət işi açıldığı halda Azərbaycan sərhədini necə keçib, bəlkə saxta pasportdan istifadə edib? Onun ölkədən getməsinə niyə imkan veriliib? Bu ölüm kimlərə sərf edirdimi? sualları gündəmə gəlib.

Fuad Ağayev: «İstənilən halda hüquq mühafizə orqanları məsuliyyət daşıyır»

Tanınmış hüquqşünas Fuad Ağayev hesab edir ki, Türkiyə hüquq-mühafizə orqanları çox ciddi araşdırma aparmalıdırlar: “Birincisi, meyitin Sevinc Babayevaya məxsus olması məlum olmalıdır, yəni eyniləşmə aparılmalıdır. İkincisi, əgər xəbər təsdiqini taparsa, ölümün səbəbləri araşdırılmalıdır, ciddi məhkəmə-tibbi ekspertiza təhqiqatı keçirilməlidir. Bir sözlə, Türkiyə ekspertləri bu barədə ciddi rəy verməlidirlər, bu işin xüsusi əhəmiyyətini, Babayevanın Azərbaycanda başlanmış cinayət işinə görə həlledici şahidlərdən biri olması halları nəzərə alınmalı, o cümlədən, onun kimlərlə əlaqədə olması araşdırılmalı, həmin adamlar dindirilməlidir. Eyni zamanda, onun hansı xəstəliklərdən əziyyət çəkməsinə dair məlumatlar da toplanmalıdır. Ən əsası Babayevanın Azərbaycandan necə keçməsi, sənədlərində hansı qeydiyyatların olması araşdırılmalıdır, yalnız bu məsələlərdən sonra hüquqi qiymət verilməlidir. Mən məsələyə peşəkar yanaşdığımdan əvvəlcədən hüquqi qiymət vermək istəmirəm. Ancaq kifayət qədər gənc xanımın Azərbaycandan kənarda öldürüləcəyini proqnozlaşdırdığım zamanda həyatdan getməsi ciddi araşdırma tələb edir”
“Onu öldürə bilərlərmi, yaxud kim öldürtdürüb” sualına hüquqşünas belə cavab verdi: “Bu məsələdə əvvəlcədən hökm vermək qətiyyən doğru deyil. Birincisi, onun ölməsinin kənar müdaxilə nəticəsində baş verib-verməməsi araşdırılmalıdır, məhkəmə-tibbi ekspertizanın qarşısında dayanan əsas suallardan biri budur! Əgər kənar müdaxilə nəticəsində ölməsi müəyyən olunsa belə, qəti fakir söyləmək yenə də tezdir. Bilirik ki, Babayeva sonuncu videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqqında ittihamedici sözlər səsləndirmişdi. Ancaq bu o demək deyil ki, onun ölümündə həmin qrup maraqlı olub, axı rəqib tərəflər də vəziyyətdən istifadə edə bilərlər”. Hadisənin Ramiz Mehdiyevə qarşı çevrilməsi haqqında suala gəlincə, Fuad Ağayev cavab verdi ki, bu məqamda “hüquq-mühafizə orqanlarının Babayevanı dindirməyə macal tapdılarmı” sualı meydana çıxır: “İstənilən halda siyasi aspektdən yanaşsaq, onun ölümü diqqəti Ramiz Mehdiyevin şəxsiyyəti üzərində cəmləşdirir”. Hüquqşünas dedi ki, Sevinc Babayevanın ölkədən çıxmasında istintaq və prokurorluq məsuliyyət daşımalıdır: “Birinci, onun nə zaman Azərbaycanı tərk etməsi müəyyən edilməlidir, ikinci, dindirilibmi, ona qarşı ittiham irəli sürülübmü, üçüncü, haqqında cinayət məsuliyyətinə cəlbetmə qərarı varmı? Əgər bunlar yoxdursa, hüquq-mühafizə orqanları nə üçün ləng tərpəniblər? Heç olmasa ittihamı elan edib başqa yerə getməməsi barəsində iltizam almalıydılar. Bir sözlə, istənilən halda hüquq-mühafizə orqanları məsuliyyət daşıyırlar”.

Əyyub Kərim: “Hansı qüvvələr Sevinc Babayevanı Azərbaycandan çıxarıblarsa, onlar da bu hərəkətə yol veriblər”

Tanınmış hüquqşünas, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərim Babayevanın ölümündə təsüdüflər və planlı gedişlərin də mümkünlüyünü istisna etmədi: “Hələ hadisədən bir neçə saat əvvəl bildirmişdim ki, qruplar arasında müəyyən mübarizənin getməsi bu ehtimalı doğurur, yəni bir qrup onun aradan götürülməsi, başqa biri sağ qalması, digəri isə ümumiyyətlə, susmasını istəyir. Ardıcıllıq xəttinə gəlincə, bəli, Babayeva axtarışa verilə bilərdi, amma bu cür axtarışlar da formal xarakter daşıyır. Necə ki, Elmar Hüseynovun qətliylə əlaqədar axtarış elan edilmişdi, amma sonra bunun formal olduğı ortalığa çıxdı. Yaxud akademik Ziya Bünyadovun ölümündə əsas fiqurlardan biri, DİN-nin 7-ci idarəsinin əməkdaşı İran sərhədini keçəndə güllələnmişdi. Təbii ki, Babayevanın ölümündə düşünülmüş mövqelər də var, hakimiyyət qüvvələri onun harada olduğunu müəyyən edə bilərlər, ona görə İnterpola müraciət ediblər. Yaxud arxayın olarlar ki, bir neçə saatdan, ya da bir gün sonra Sevinc olmayacaq, yəni biz işimizi gördük, axtarışa verdik, amma bu ardıcıllıqda təsadüflər, formal istintaq hərəkətləri, düşünülmüş bir proqramın müəyyən hissəsi də mümkündür”. Ə.Kərim bildirdi ki, ilkin məlumat olan ürək çatışmazlığı araşdırılmalıdır, yəni onun əvvəllər ürək xəstəliyindən əziyyət çəkməsi barədə məlumatlar toplanmalıdır: “İkinci, Babayeva ölkəni necə tərk etmişdi, hansı sənədlə, öz sənədiyləmi, üçüncü, o, quru, yoxsa hava, su, qaçaq yoluyla bəlkə Gürcüstana, Rusiyaya, ordan da Türkiyəyə gedib?! Bu suallar Türkiyə hüquq-mühafizə orqanları tərəfindən dəqiqliklə cavablandırılmalıdır! Dördüncü, əgər İnterpolda axtarışda olubsa, Türkiyə dövləti onun barəsində Azərbaycan hökumətinə məlumat verməliydi, axı o, hər hansı klinikaya gedəndə, istər-istəməz sənəd göstərir. Türkiyə kimi dövlətlərdə xəstəxanada ölüm çox ağır qarşılanır, xüsusən də xarici ölkə vətəndaşının ölümü. Bunun üçün birinci araşdırmanı Türkiyə hüquq-mühafizə orqanları aparmalı və onun qardaş ölkəyə necə gəlməsi sualına cavab verilməlidir. Yaxud evində qaldığı rəfiqəsi kimdir, həmin adam sorğu-sual edilməlidir. Əgər 1 həftə əvvəl İnterpolda axtarışda olduğu bildirildisə, deməli, xəstəxana məlumat yaymalıydı ki, “qırmızı kart”la axtarılan vətəndaş onlara müraciət edib. Amma Azərbaycan hüquq-mühafizə orqanları da onun ölkəni necə tərk etməsini araşdırmalıdır. Bəlkə onun ikinci sənədi olub və Azərbaycanı çox rahat şəkildə tərk edib. Əgər başqa sənədlə gedibsə, həmin sənəd ona nə zaman verilib sualına cavab verilməlidir”
Hüquqşünas hesab edir ki, Sevin Babayevanın ölümü böyük skandal yaradacaq: “Çünki məsələnin araşdırılmasında bir həlqə yoxdur. Bu mənada onun ölümü Ramiz Mehdiyevə qarşı çevrilə bilər, yəqin ki, çevriləcək də. Amma bizim bilmədiyimiz başqa bir qrup da ola bilər. Bütün hallarda hansı qüvvələr Sevinc Babayevanı Azərbaycandan çıxarıblarsa, onlar da bu hərəkətə yol veriblər. Bir daha deyirəm, onun ürək çatışmazlığı haqqında rəsmi məlumatı bilməliyik. Bilirsiniz, elə maddələr var ki, yeməyə yeridiləndən bir neçə gün sonra insanda kəskin ürək çatışmazlığı yaradır. Və heç bir ekspertiza kəskin ürək çatışmazlığının birdən-birə nədən olduğunu göstərə bilmir. Ona görə əsas sözü həkimlər deyəcək ki, ürək çatışmazlığını yaradan situmalları nə idi? Məncə, istintaq işi belə başlanıbsa, qalan fiqurlar da aradan götürülə bilər”.

Natiq CAVADLI
http://bizimyol.info/?sehife=1&xeber=6062

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow