?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Dünən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM-nin) Cəfər Cəfərovun Azərbaycana qarşı şikayəti üzrə qəbul etdiyi qərar ilə bağlı mən ilk təəssüratlarımı bölüşmüşdüm (http://cmiskp.echr.coe.int/tkp197/view.asp?item=1&portal=hbkm&action=html&highlight=Azerbaijan&sessionid=45400235&skin=hudoc-en).

Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna bələd olanlar söyləyə bilərlər ki, bu heç də ilk iş deyil ki, orada məcburi köçkünün başqa şəxsin mənzilini zəbt etməsi və sonuncunun mənzildən çıxarılmaması Konvensiya ilə nəzərdə tutulmuş hüquqların pozuntusu kimi qiymətləndirilmişdir. Bəli, bu doğrudan da belədir. Akimova Azərbaycana qarşı iş üzrə AİHM-nin qərarı hələ 2007-ci ildə qəbul edilmiş və Məhkəmə ərizəçinin mülkiyyət hüququnun pozulmasını müəyyən etmişdi. Lakin, həmin qərardan fərqli olaraq C.Cəfərovun işi üzrə qərarda AİHM həm də ərizəçinin başqa mənzili kirayə etməsi ilə bağlı çəkdiyi xərclərin maddi zərər kimi tutulmasını da zəruri hesab etmişdir. Belə ki, qərarın 47-ci bəndində yazılmışdır:

«Tələbin kirayə xərclərinə aid hissəsinə gəlincə, Məhkəmə qeyd edir ki, müəyyən tələbin bu hissəsi və müəyyən edilmiş pozuntu arasında səbəb-nəticə əlaqəsi mövcuddur. Lakin, Məhkəmə ona diqqət yetirir ki, ərizəçi bu tələbi təsdiq edən hər hansı sübut, yaxud tələb etdiyi məbləğin hesablanması üçün hər hansı əsas təqdim etməmişdir. Məsələn, o, hər hansı kirayə müqaviləsi ya kirayə haqqının ödənilməsini təsdiq edən başqa sənədlər təqdim etməmişdirBuna baxmayaraq, Məhkəmə Ərizəçinin onun kirayə xərclərinə görə çəkə biləcəyi xərcləri qismən olsa, ödənilməsinə qərar vermişdir.

Bu o deməkdir ki, bu cür işlərdə hüquqları pozulmuş insanlar, o insanlar ki, halalca mənzillərindən istifadə edə bilmədiklərinə görə başqa mənzilləri kirayələməli olmuşlar, həmin kirayə ilə bağlı çəkdiyi xərclərin maddi zərər kimi ödənilməsini tələb edə bilərlər. Ancaq, məsləhətdir ki, çəkdiyi xərcləri təsdiq edən sənədləri olsun və onları Məhkəməyə təqdim etsinlər.

Azərbaycan hökuməti isə bir daha məcburi köçkünlərin mənzil problemlərinin başqa həmvətənlərimizin hesabına həll etməməli, sonuncuların ev-eşiyindən məhrum edilməsinin qarşısını almalıdır.

Comments

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow