?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Akif Muradverdiyevin Bəyanatı

Bu gün internetdə 12 avqust 2013-cü ildə dərc olunmuş bir məqalə ilə tanış oldum. Çox təəssüf etdim ki, məni tanımayan bir şəxs haqqımda uydurmalar dolu yazı vermişdir. Məqaləyə münasibət bildirməzdim, ancaq mənim haqqımda, adları çəkilən başqa insanlarla münasibətlərim barədə həqiqətdən uzaq fikirlər yayıldığandan, bunlara aydınlıq gətirmək məcburiyyətindəyəm.
Mən Eldar Namazovla uzun illər birlikdə işləmişik. Son il yarımda onunla bir neçə dəfə görüşmüşəm. Ona baş vermiş ağır itki ilə əlaqədar 7-8 dəfə yas məclisində iştirak etmişəm. Elə olub ki, bir neçə dəfə də yemək yemişik. O mənə öz siyasi fəaliyyətindən də danışıb, iştirak etdiyi təşkilatlarda təmsil olunmağı təklif edib, demişəm ki, siyasətlə məşğul olmaq istəmirəm, Bakıdan çıxıb gedirəm. Son iki görüşümüzdə məndən xahiş edib ki, oğlunun işə düzəlməsinə kömək göstərim, demişəm ki, öz övladlarıma iş axtarıram. Yeri gəlmişkən, onlar bu günə kimi işsizdirlər. Əgər mənim Eldar müəllimlə münasibətlərimi qəbahət bilirlərsə, ar olsun o məqaləni sifariş verənlərə.
Yazını sifariş verənlər «Milyarderlər» ittifaqı ilə məni özlərinin uydurduqları çirkin oyunlara bulaşdırmaq niyyəti güdürlər. Telman İsmayılovu mən o hələ Bakıda «İnturist» mehmanxanasında işlədiyi dövrlərdən tanıyıram, prezident İlham Əliyevə böyük hörməti var. Son bir ildə onunla iki dəfə görüşmüşəm. Öz işlərimə kömək etməsini xahiş etmişəm.
Abbas Abbasovla 2009-cu ildə 5 dəqiqə yas mərasimində, bir də 2013-cü ilin mayında təsadüfən görüşmüşəm. O, Vladimir şəhərinə tələsdiyini deyərək, əlavə etdi ki, Akif sənə qarşı olan haqsızlığı indi mənə qarşı döndəriblər, ancaq bilsinlər ki, biz Heydər Əliyevin oğlanlarıyıq, İlham Əliyevin də qardaşları. Bundan sonra mən Moskvada olmamışam.
O ki qaldı «Lukoyl» neft şirkətinin prezidenti Vahid Ələkbərova, ona böyük hörmətim var. Onunla 2003-cü ilin məlum dekabr ayında görüşmüşəm. Sonra onu heç televizor kanalında da görməmişəm.
Rüstəm İbrahimbəyovla ömrümdə 3-4 dəfə üzbəüz gəlmişəm. Sonuncu dəfə onunla Şeremetyevo hava limanında pasport keçidində təsadüfən görüşdüm. O, əvvəlcə məni heç tanımadı, özümü təqdim etdikdən sonra xatırladı. Onun siyasi fəaliyyəti barədə mətbuat səhifələrində oxumuşam.
«Milyarderlər» ittifaqının məqalədə adları çəkilən digər üzvlərini tanımıram.
Oxuyanda ki, mən Eldar Namazovun guya Eldar Həsənovla görüşüb danışmaqları barədə ifadə vermişəm, çox xəcalət çəkdim. Açığı, mənim adımdan bu boyda yalan yazılması ikrah hissi doğurur. Mənim ümumiyyətlə belə bir məlumatım olmamışdır, Eldar Həsənovu isə 2004-cü ildən sonra görməmişəm.
O ki  qaldı mənim Moskvaya gedib gəlmək xərclərimin Eldar Namazovun ödəməsinə, onunla bir hoteldə qalmağımıza, bu artıq simasızlıqdır. Mən son ildə 4 dəfə Moskvada olmuşam, heç zaman da mehmanxanada qalmamış, qohumumun mənzilində yaşamışam.
Sonda qeyd etmək istəyirəm ki, hər kəs bilsin ki, mənim Azərbaycan Respublikası Prezidentinin İşlər Müdiri vəzifəsində çalışdığım illərdə Moskvada vəzifədə olanların heç biri Prezident Aparatında işləmirlər, Moskvada Prezident Administrasiyasında işləyən Volodin adlı adamla nəinki əlaqəm yoxdur, onun hansı vəzifədə çalışdığını da sözügedən məqalədən bilmişəm.

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow