Mehman Əliyevin tutulması barədə 31 avqust 2017-ci il tarixli məhkəmə qərarı haqqında

  

Yəqin ki, xatırlayırsınız: avqustun 24-ü, saat 18:20-də Mehman Əliyevə onun şübhəli şəxs qismində tutulması haqqında qərar elan edilmişdir. Müstəntiqin qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 147.2.1 maddəsinə istinadən, yəni M.Əliyev cinayət törətməsinə şübhə yarandığına görə o, tutulub. Bu zaman istintaq orqanı Məcəllənin 148.3.1-ci maddəsini əsas tutub. Həmin maddəyə görə, müstəntiq şəxsi o zaman tuta bilər ki, o, hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərsin.

Həmin qərar tamamilə qanunsuz olduğu üçün müdafiə tərəfi ondan məhkəməyə şikayət vermişdir. Şikayətin əsas dəlili budur: Mehman Əliyevin istintaqdan yayınmadığı, dəfələrlə dindirmələrə könüllü gəldiyindən, onun istintaqdan qaçıb gizlənmə cəhdi olmadığından, bunu heç xəyalına da gətirmədiyindən, qərar uydurma dəlilə əsaslanır, qanunvericilik normaları ilə bir araya sığmır.

Lakin, Yasamal Rayon Məhkəməsi şikayəti təmin etməmiş, 24.08.2017-ci il tarixli tutma qərarını qanuni saymışdır. Hakim Hüseyn Səfərovun fikrincə, Mehman Əliyev 24 avqustda tutulsa da, bundan bir gün sonra, avqustun 25-i onun həbsi barədə məhkəmə qərarı çıxıbsa, onun tutulması da qanunidir (!!!). Halbuki, hakim yalnız və yalnız onu araşdırmalı idi ki, Mehman Əliyev istintaqdan qaçmağa cəhd göstərib, ya yox. Məhkəmə bu məsələyə qiymət verməkdən yayınıb ki, Mehman müəllimin qaçmaq cəhdinə dair uydurmanı yazmasın. Halbuki, tutulma barədə qərar müstəqil şəkildə, post-faktum qaydada deyil, bu qərar qəbul edilənə qədər mövcud sübutlarla təsdiq olunmalı idi.  

Elə bü gün Yasamal Rayon Məhkəməsinin adını çəkdiyimiz qərarından apellyasiya şikayəti verdik.

Error

Anonymous comments are disabled in this journal

default userpic

Your reply will be screened

Your IP address will be recorded