?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Bu parlament bizi hara aparır?

Milli Məclisin mətbuat xidmətinin məlumatından:

“Fevralın 12-də Milli Məclisin növbəti iclası keçirildi…

“Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” Qanunlara təklif olunan əlavələr və dəyişikliklər müzakirəyə çıxarıldı.

Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verdi ki, bu qanunlara "Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur." məzmunlu bəndin əlavə edilməsi təklif olunur.
Çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov məsələyə aydınlıq gətirərək ölkəmizin Konstitusiyasında, beynəlxalq sənədlərdə bu hüququn necə əhatə olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Konstitusiyanın 32-ci maddəsində bu məsələ, yəni şəxsi toxunulmazlıq hüququ öz əksini aydın şəkildə tapmışdır və təklif olunan əlavə də məhz Konstitusiyadan irəli gəlir. Yəni bu məsələ insanların ictimai fəaliyyətinə deyil, onların ailə və şəxsi həyatına müdaxilənin qarşısını alacaq.”
http://meclis.gov.az/?/az/news/view/965/

Həmin qanun layihəsinin mətni:

"Məlumat azadlığı haqqında" Azərbaycan  Respublikasının Qanununa, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan  Respublikasının Qanununa, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan  Respublikasının Qanununa və "İnformasiya əldə etmək haqqında" Azərbaycan  Respublikasının Qanununa  əlavələr və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

 I. "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 561; 2000-ci il, № 3, I kitab, maddə 136; 2003-cü il, № 4, maddə 178; 2004-cü il, № 3, maddə 133; 2006-cı il, № 12, maddə 1005) 14-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin: 

"Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

II. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il,     № 11, maddə 612; 2002-ci il, № 5, maddə 250, № 6, maddə 328; 2004-cü il, № 3, maddə 133; 2005-ci il, № 12, maddə 1079; 2006-cı il, № 2, maddə 64, № 11,    maddə 933, № 12, maddə 1005; 2007-ci il, № 6, maddə 560; 2008-ci il, № 4,    maddə 252, № 6, maddə 462) 21-ci maddəsinə aşağıdakı məzmunda III hissə əlavə edilsin:

"III. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

III. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,     № 2, maddə 82; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 3, maddə 116, № 5, maddə 245; 2004-cü il, № 2, maddələr 57, 58; 2005-ci il, № 4, maddə 278; 2007-ci il, № 8, maddə 752, №  11, maddə 1079; 2009-ci il, № 4, maddə 212, № 8, maddə 611) 60-cı maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

IV. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 601; 2006-cı il, № 2, maddə 64, № 3, maddə 221; 2007-ci il, № 11, maddə 1078; 2008-ci il, № 8, maddə 710) aşağıdakı məzmunda 4.6-cı maddə əlavə edilsin:

"4.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş kəşfiyyat fəaliyyətinin həyata kecirilməsi halları istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.". 

V. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1080; 2007-ci il, № 8, maddə 756) aşağıdakı dəyişiklik və əlavə edilsin:

6.0.-6.0.11-ci maddələr müvafiq olaraq 6.1.-6.1.11-ci maddələr hesab edilsin və aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:

"6.2. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

http://meclis.gov.az/?/az/law/152/1

Layihəyə dair şərhimi çalışacağam bir saata təqdim edim.

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow