?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Aşağıda əvvəllər Bakı şəhərinin mərkəzində yerləşmiş yaşayış mənzilinin şəkillərini görə bilərsiniz. Mülkiyyətçinin iradəsinə zidd olaraq, tikinti şirkəti mənzilin sağında, solunda, bir sözlə hər tərəfində olan tikililəri sökmüş, həmin mənzili dəmir borularla (şəkillərdə bu aşkar görünür) yerin altına «bərkitmiş» və yeni yaşayış binasının özülünü qazımışdır. Mənzildə yaşayan insanın vəziyyətini təsəvvürünüzə gətirməyə çalışın.

Hələ bu harasıdır?

Bütün bunlardan sonra həmin şirkət Nəsimi rayon məhkəməsinə mənzilin mülkiyyətçisi və onun mənzildə yaşayan qaynanasına qarşı «mənzil qəza vəziyyətində» olduğuna görə, mülkiyyət hüququna xitam verilməsi və kompensasiya verilməklə evdən köçürülməsi barədə iddia vermişdir. Əgər kimsə fikirləşirsə ki, məhkəmə iddianı qaytarmış, yaxud rədd etmişdir, o, yanılır. Məhkəmə iddiaya cavabdehlərin iştirakı olmadan baxmış və onu təmin etmiş, mənzildə yaşayan rus qadını oradan çıxarılmış, mənzil isə sökülmüşdür…

Yeri gəlmişkən, məhkəmənin qərarına əsasən, mənzilin mülkiyyətçisinə 58.800 manat kompensasiya verilməli idi. Nəzərə alsaq ki, sözü gedən ikiotaqlı mənzil Bakı şəhərinin lap mərkəzində yerləşirdi, çox «səxavətli» qərardır.

Kimsə soruşa bilər ki, yaxşı bəs Konstitusiyaya, Avropa İnsan Hüquqları Konvensiyasına görə mülkiyyət hüququ toxunulmaz sayılır axı?

Ümid edirəm ki, bu suala düzgün cavabı yaxın bir-iki ayda Bakı apellyasiya məhkəməsində bu iş üzrə mülkiyyətçi və evsiz-eşiksiz qalmış qadının apellyasiya şikayəti və qarşılıqlı iddiasına baxılanda alacağıq…

 Ниже Вы можете увидеть фотографии квартиры, которая до недавнего времени располагалась в самом центре города Баку. Все строения вокруг этой квартиры уже были снесены, а саму эту квартиру «прикрепили» многочисленными длинными железными трубами к земле (на снимках их можно хорошо разглядеть), вырыли котлован. На этих снимках нетрудно заметить, что квартира напоминает избушку на курьих ножках (точнее, на трубах). Попробуйте представить себе состояние уже немолодой русской женщины, которая проживала в этой квартире.

Но это еще не все!

После всего этого, та же самая строительная компания подала в Насиминский районный суд иск к собственнику квартиры, который является зятем той самой женщины, и к ней самой о прекращении права собственности и выселении из квартиры ввиду «ее аварийного состояния». Можно было подумать, что суд или возвратить этот иск или отклонит его. Заблуждаются те, кто так решил. Суд удовлетворил иск, причем в отсутствие как самого собственника, так и его тещи.

Кстати, районный суд присудил компенсацию собственнику в размере 58800 манат. Очень «щедро», если учесть, что эта компенсация полагалась за двухкомнатную квартиру в самом центре Баку.

Но и это еще не все!

Женщина была выселена, а квартира снесена!

Кто-то спросит, а как быть с Конституцией, Европейской Конвенцией прав человека, согласно которым право собственности неприкосновенно?

Надеюсь, что ответ на этот вопрос скоро даст апелляционный суд, который должен рассмотреть апелляционную жалобу и встречный иск собственника квартиры и выселенной женщины.

  
 

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow