?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 14 saylı Protokolunun qüvvəyə minməsini bir sıra hüquqşünaslar 2004-cü ildən səbrsizliklə gözləyirdilər. Artıq 2006-cı ildə Avropa Şurasının üzvü olan 47 dövlətdən 46-sının parlamenti həmin Protokolu təsdiq etmişdi. Lakin, Rusiya Federasiyasının protokolu 04 may 2006-cı il tarixində imzalamasına baxmayaraq, uzun müddət təsdiqləməməsi nəticəsində o, qüvvəyə minməmişdi. Nəhayət, Rusiya parlamenti bu ilin fevral ayının 18-də həmin sənədi təsdiqləmişdir. Bu o deməkdir ki, protokol 01 iyun 2010-cu il tarixindən qüvvəyə minir və onun bir sıra müddəalarının Avropa İnsan hüquqları Məhkəməsində (AİHM-də) şikayətlərə baxılmasını sürətləndirməsini gözləyə bilərik.
www.echr.coe.int/NR/rdonlyres/DEF5DD32-C08E-4444-B1B2-20B92DE8E2F2/0/CEDH_P14_EN.pdf
Hansı müddəaları nəzərdə tuturam? Bu ilk növbədə, hakimin (söhbət, Azərbaycan hakimindən deyil, AİHM-n hakimindən gedir) təkbaşına şikayətin qəbuledilməzliyi haqqında qərar qəbul etmək səlahiyyətini; 3 hakimdən ibarət komitənin şikayətə mahiyyəti üzrə baxmaq səlahiyyətini (o hallarda ki, ərizədəki məsələlərlə bağlı AİHM-n yaxşı əsaslandırılmış presedent hüququ vardırsa) müəyyən edən normalardır.
Bundan başqa, Konvensiyanın 35(3) maddəsinin yeni redaktəsi də diqqətəlayiqdir. Onun «b» yarımbəndinə əsasən AİHM bir sıra hallarda ərizəçiyə əhəmiyyətli zərər dəyməmişsə, ərizəni qəbuledilməyən saya bilər.
Protokolun müsbət cəhətləri öz yerində, ancaq məni bir şey narahat edir – ərizənin qəbuledilməzliyi barədə qərarlar qətidir, yəni bu qərarlar aşkar səhv nəticəsində qəbul edildikdə belə, ərizəçi onu mübahisələndirə bilməz. Başqa sözlə desək, hətta aşkar əsassız qərar qəbul edilirsə də, o, ərizənin sonrakı baxışını istisna edir.

Comments

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow