?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Rusiya Federasıyası Konstitusiya Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Rusiya məhkəmələrinin qüvvəyə minmiş qərarlarına yenidən baxılması üçün əsas olması nəticəsinə gəlmişdir

Rusiya Konstitusiya Məhkəməsinin saytındakı məlumatdan göründüyü kimi (http://www.ksrf.ru/News/Pages/ViewItem.aspx?ParamId=754), bu gün, yəni 26 fevral 2010-cu il tarixində Rusiya Federasiyası Mülki Prosessual Məcəlləsinin (MPM-n) 392-ci maddəsinin ikinci hissəsinin konstitusiyaya uyğunluğunun yoxlanılması işi üzrə qərar qəbul edilmişdir. Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, parlament Mülki Prosessual Məcəlləsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra mexanizmini müəyyən etməlidir. 

Adı çəkilən iş A.A. Doroşok, A.E. Kot və E.Ö. Fedotovanın müraciətləri əsasında başlanmışdır. Həmin şəxslər ondan şikayətlənmişlər ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) öz qərarları ilə onların mülki işlərinə Rusiya məhkəmələri tərəfindən baxılan zaman İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin pozulmasını müəyyən etmiş və Rusiya Federasiyasının üzərinə ərizəçilərə dəymiş maddi və mənəvi zərərə görə təzminat ödəməsi vəzifəsi qoymuşdur.

Ərizəçilər AİHM-nin qərarlarının icrası üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına yeni açılmış hallara görə yenidən baxılması barədə məhkəmələrə müraciət etmişlər. Lakin, Rusiya MPM-nin 392-ci maddəsinə istinad edən məhkəmələr AİHM qərarlarının belə əsaslar siyahısına daxil olmamasını əsas götürərək, ərizəçilərin müraciətlərini rədd etmişlər.

Konstitusiya Məhkəməsi qarşısında ərizəçilər öz tələblərini belə əsaslandırmışlar ki, Rusiya Federasiyası Konstitusiyasının 15-ci maddəsinin 4-cü hissəsinə əsasən beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları, eləcə də Rusiyanın beynəlxalq müqavilələri Rusiya Federasiyası hüquq sisteminin tərkib hissəsidir. Buna görə də necə ki, vətəndaşların Avropa məhkəməsinə müraciət hüququ var, həmin hüquqa uyğun olaraq da Rusiyanın Avropa Məhkəməsinin qərarlarını icra etmək vəzifəsi vardır. Ərizəçilərin fikrincə, AİHM-nin müəyyən etdiyi təzminatın ödənilməsi  onların pozulmuş hüquqlarının tam bərpasını təmin etməmişdir. Buna görə də, konkret işlərdə ərizəçilərin AİHM-ə müraciət etmələrinə səbəb olmuş məhkəmə qərarlarına yenidən baxılması zəruridir. Lakin qüvvədə olan qanunvericilik, yəni MPM-n 392-ci maddəsi, onların müraciətlərinə baxılmasından imtina üçün əsas vermişdir.

Konstitusiya Məhkəməsi öz qərarında göstərmişdir ki, Avropa Məhkəməsinin qərarları Rusiya üçün məcburi xarakter daşıyır. Dövlət hüquqlarının pozulması AİHM tərəfindən müəyyən edilmiş vətəndaşa təzminat ödəməklə kifayətlənməməli, həm də mümkün ola biləcək dərəcədə təmin etməlidir ki, pozulmuş hüquqlar, o cümlədən, ərizəçinin vəziyyətində olan digər şəxslərin hüquqları tam bərpa olunsun.

Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, RF MPM-n 392-ci maddəsi Konstitusiya ilə ziddiyyət təşkil etmir, çünki o, AİHM müvafiq hüquqların pozulmasını müəyyən etmişsə, məhkəmə qərarlarına yeni açılmış hallara görə yenidən baxılmasına maneə yaratmır.

Lakin, Konstitusiya Məhkəməsi qanunvericiliyin eynişəkilli icrasının təmin edilməsi üçün tövsiyə etmişdir ki, MPM-ə müvafiq dəyişikliklər edilsin.

Xatırladıram ki, Azərbaycan Respublikası MPM-nin «Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat» başlıqlı 44-1 fəslinə əsasən AİHM tərəfindən Azərbaycan Respublikası məhkəmələri işə baxarkən Konvensiyanın müddəalarının pozulduğunu müəyyən edilməsi məhkəmə aktlarına yenidən baxmaq üçün əsas sayılır. Bəli, nə qədər təəccüblü olsa da, bu məsələdə biz Rusiyanı az qala 5 il yarım qabaqlamışıq (adı çəkilən fəsil MPM-ə 11 avqust 2004-cü il tarixli qanuna əsasən edilmişdir).

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow