?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Qanun yaradıcılığı haqqında

«Azərbaycan Respublikasının keçmiş prezidentlərinə və onların ailə üzvlərinə təminat verilməsi barədə» Azərbaycan Respublikasının Konstitusiya Qanunu layihəsini (fuad-agayev.livejournal.com/4663.html) müzakirə üçün bloqumda yerləşdirdikdən sonra, mənə müxtəlif müraciətlər olur. Məsələn, facebook-da yazmışlar:

«Fuad bəy, hər dəfə dövlətdən (hökümətdən) kənar qanun layihələri təklif olunur, lakin bunlar nəinki Milli Məclisdə müzakirə olunmur, heç ictimaiyyətdə də müzakirə olunmur.

Bu acı sonluqdan sonra dərs çıxarmırsınız. Axı bizdə müzakirə mədəniyyəti yoxdur

Əvvəla, bizdə müzakirə mədəniyyəti yoxdur fikri yanlışdır. Belə mədəniyyət mövcuddur, amma ki, istənilən səviyyədə deyil. Onu lazımi səviyyəyə qaldırmaq üçün isə məhz belə müzakirələrin aparılması vacib şərtdır.

İkincisi, mən deməzdim ki, dövlət orqanlarından kənar çoxlu qanun layihələri təklif olunur. Bir şeyi bilməliyik ki, hansısa ölkənin qanununun beli qırılmış tərcüməsini qanun layihəsi adlandırmağa mənim dilim gəlmir. Bəla ondadır ki, dövlət orqanlarının təqdim etdikləri layihələrin səviyyəsi də həmin yarımçıq tərcümələrdən çox az fərqlənir. Üstəlik, ayrı-ayrı müddəalar elə şəkildə yazılır ki, layihə onun hazırlandığı dövlət orqanının mənafeyinə uyğunlaşdırılır. Bir sözlə, bu sahədə naşılıq və qərəzlilik hökmranlıq edir.

Üçüncüsu, mükəmməl qanun layihəsi hazırlanması müəllifdən qanunvericilik texnikası sahəsində ciddi bilik və vərdişlərin olmasını, ölkə qanunvericilik sistemini və müvafiq beynəlxalq müqavilələrə yaxşı bələd olmanı, məntiq qanun və formalarından istifadə etmək qabiliyyətini tələb edir.

Azərbaycanda 10 minlərlə hüquqşunas diplomlu insan var. Fikrimcə, olsa-olsa, onların arasında 100 nəfəri ancaq yaxşı hüquqşünas adlandırmaq mümkündür. Çox deyil, azdır, qanun layihələri ilə normal işləməyi bacaranların sayı isə inanmıram ki, 10-u keçə.

Hər oxuyandan Molla Pənah olmadığı kimi, hər hüquqşünasdan da, hətta həmin hüquqşünas savadlı və peşəkar vəkil, yaxud hüquq məsləhətçisi olsa belə, qanun yaradıcısı çıxmaz.

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow