?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Diqqətinizi "Azadlıq" qəzetində verilmiş məqaləyə cəlb edirəm:

Elmar Hüseynovun qətlinin günahkarlarını necə cəzalandırmalı?

Fuad Ağayev: «Müstəntiqlər gedib Gürcüstan ərazisində istintaq hərəkətləri apara bilərdilə

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin adları hələ bir neçə il əvvəl açıqlansa da, onları Azərbaycana gətirib mühakimə etmək mümkün olmur. Bu qətllə bağlı istintaqı aparan Milli Təhlükəsizlik Nazirliyi də bəyan edir ki, Gürcüstan tərəfi öz vətəndaşlarını Azərbaycana təhvil verməkdən imtina edir. Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr Idarəsinin prokuroru Nana Rapava da təsdiqləyib ki, onların Konstitusiyası öz vətəndaşlarını başqa ölkəyə təhvil verməyi qadağan edir. Ona görə də Azərbaycan tərəfinin Əliyev və Xubanovla bağlı xahişinə əməl olunmayıb.
Bel
ə çıxır ki, hansısa dövlətin vətəndaşı gedib başqa bir ölkənin ərazisində ağır, xüsusilə ağır cinayəti törədə bilər və ömrünün sonuna qədər cəzasız qalar. Digər tərəfdən, bu həm də o anlama gəlir ki, Tahir Xubanov və Teymuraz Əliyev ömürlərinin sonuna qədər Gürcüstan ərazisindən çıxmasa və başqa bir dövlətin ərazisində həbs olunmasa, Elmar Hüseynovun qətlilə bağlı cinayət heç vaxt açılmayacaq.
Beyn
əlxalq hüquq sahəsində kifayət qədər peşəkar hüquqşünaslardan olan Fuad Ağayev deyir ki, əslində, məsələ bir qədər fərqlidir. O baxımdan ki, əgər Elmar Hüseynovun qətlini araşdıran istintaq orqanı istəsəydi, gedib Gürcüstan ərazisində də dindirmə və digər istintaq hərəkətləri apara bilərdi. Bu istintaq hərəkətlərinin sonunda adları çəkilən şəxslərin cinayətdə iştirakını təsdiqləyən yetərincə sübut ortaya qoyulsaydı, onlar vətəndaşı olduğu ölkədə də olsa, cəzalandırılardı: “Adları çəkilən şəxslərlə bağlı məsələdə söhbət müəyyən şübhələrdən və ya istintaq orqanının onlara ittiham elan olunmasına dair qərarından gedir. Aydın məsələdir ki, məhkəmə qərarı yoxdur. Gürcüstan öz Konstitusiyasına istinad edərək, vətəndaşını verməkdən imtina etməkdə haqlıdır. Eyni qadağa Azərbaycan Konstitusiyasında da var. Yəni, sabah Gürcüstan, Rusiya və ya başqa bir dövlət həmin ölkə ərazisində cinayət törətmiş vətəndaşımızın onlara təhvil verilməsi üçün müraciət etsə, Azərbaycan tərəfi də öz Konstitusiyasının tələblərinə əsaslanaraq bundan imtina edə bilər. Amma müxtəlif ölkələrin konstitusiyalarında olan bu qadağa heç də cinayət törədən şəxslərin cəzasız qalması anlamına gəlməməlidir. Çünki bu qadağa hər hansı cinayətdə şübhəli, yaxud təqsirli bilinən şəxslə bağlı onun vətəndaşı olduğu ölkəyə gedib, orada istintaq hərəkətlərinin aparılmasına məhdudiyyət qoymur. Yəni, qəsdən adam öldürmə cinayəti ilə əlaqədar kimdənsə şübhələnmək, yaxud ona bu barədə ittiham elan etmək üçün yetərincə əsas varsa, lakin həmin şəxs vətəndaşı olduğu dövlətin ərazisindədirsə, Azərbaycanın istintaq orqanları gedib həmin dövlətin ərazisində istintaq hərəkətləri həyata keçirə bilər. Bu baxımdan Elmar Hüseynovun qətlilə bağlı cinayət işini araşdıran istintaqçılar gedib Gürcüstan ərazisində dindirmə və digər istintaq hərəkətləri apara bilərdilər. Hətta lazım gəlsəydi, Gürcüstan dövləti qarşısında üzərinəəyyən öhdəlik götürməklə, həmin şəxslər barəsində həbs-qətimkan tədbiri seçmədən, onları Azərbaycana gətirərək, burada onların iştirakı iləəyyən istintaq hərəkətləri aparılması da mümkün idi. Yəni müvafiq prosedurlar mövcud idi və bu gün də mövcuddur”.
Fuad Ağayev deyir ki, jurnalistin q
ətlilə bağlı cinayət işinin istintaqı barədə ictimaiyyətə kifayət qədər məlumat verilmədiyindən, bəlli deyil ki, Azərbaycan istintaqçıları qonşu ölkədə müvafiq istintaq hərəkətlərinin aparılmasına cəhd edib, yoxsa yox. Bununla belə, onu da əlavə edir ki, işi araşdıran istintaq orqanı istənilən halda bunu etməliydi. “Düşünürəm ki, Gürcüstanın Ədliyyə Nazirliyi, prokurorluğu da bu işdə Azərbaycanın hüquq-mühafizə orqanlarına yardımçı olacaqdı. Bu istintaq hərəkətləri nəticəsində Tahir Xubanov və Teymuraz Əliyevə qarşı kifayət qədər sübut olsaydı, o zaman həmin şəxslərin cinayətdə təqsirləndirilməsinə dair qərar onlara elan oluna, istintaq da bilavasitə Gürcüstan ərazisində hüquq-mühafizə orqanları tərəfindən davam etdirilə bilərdi”, – deyə Ağayev vurğulayıb.

Aytən Məmmədova

azadliq.az/

Comments

( 1 comment — Leave a comment )
o55
Mar. 16th, 2010 10:33 am (UTC)
Fuad bəy, Sizin mütəxəssis açıqlamnız olmadan da Azərbaycan əhli gözəl başa düşür ki, Elmar Hüseynovun qətlinin sifarişçiləri də, axtarış aparanlar da eyni şəxslərdir və onlar Azərbaycandadırlar. Sadəcə olaraq xalqla hesablaşmaq istəmirlər.
İstənilən halda izahınıza görə sağ olun.
( 1 comment — Leave a comment )

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Page Summary

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow