?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Bu gün mənə Bakı şəhər İcra Hakimiyyəti Aparatı rəhbərinin Füzuli, Ə.Topçubaşov, Rəsul Rza və Ş.Bədəlbəyli küçələrinin sakinlərinə göndərdiyi məktubun surəti verilmişdir.

 

Məktub müəllifi yazır:

«…Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 30.08.1989-cu il tarixli, 9/340 saylı Qərarına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq Füzuli meydanından S.Vurğun küçəsinə kimi, Füzili (keçmiş Basin) və Ş.Bədəlbəyli (keçmiş Dmitrov) küçələri arasındakı ərazinin sökülməsi nəzərdə tutulduğundan həmin ərazi tamamilə sökülərək yerində yeni park-bağ kompleksi salınacaqdır.

Qeyd olunan ərazi salınacaq park-bağ kompleksinin zonası hesab olunduğundan həmin ərazidəki mənzillərə və qeyri-yaşayış sahələrinə görə kompensasiyanın məbləği bazar qiymətlərinə uyğun olaraq bir kv.metr sahəyə 1500 manat (AZN) müəyyən edilmişdir.»

           

            Şərhə, bəlkə də, ehtiyac yoxdur. Ancaq bir-neçə kəlmə söyləmək istərdim:

Bu dəfə şəhər icra hakimiyyəti hər şeydən qurtarıb Şura Bakısının Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 21 il bundan əvvəl qəbul etdiyi qərara və Baş Plana istinad edir. Bakı şəhər İcra Hakimiyyəti Başçısından soruşmaq istərdim:

            Niyə bu çağa qədər Azərbaycan Respublikası Prezidentinin tapşırığına istinad edirdiniz, indi isə Şura hökümətinin dövründə qəbul olunmuş qərara?

            Bu o deməkdirmi ki, prezidentin yerli-dibli belə tapşırığı olmamışdır?

            Hansı səbəbdən ulu öndər adlandırdığınız Heydər Əliyevin dövründə qəbul edilmiş Konstitusiyanı ayaq altına atırsınız?

Hansı səbəbdən qanunun adını belə çəkmirsiniz? Ona görəmi ki, insanları evindən-eşiyindən zorən məhrum edərək, çölə atmağı nəzərdə tutan qanun nə Sovet dövründə olmuşdur, nə də hal-hazırda mövcud deyildir və ola da bilməz?

Park-bağ kompleksi nə müdafiə təyinatlı obyektdir, nə də ki, kommunikasiya. Nəhayət, dövlət sərhədləri də Bakıdan keçmir. Bu o deməkdir ki, həmin kompleksin salınmasının məqsədləri dövlət ehtiyaclarından uzaqdır və sakinlərin köçürülməsinə yalnız və yalnız onların razılığı ilə yol verilə bilərdi! Həmin razılığı nə zamansa almısınızmı?

Hətta dövlət ehtiyacları mövcud olsa idi belə, bu barədə Nazirlər Kabineti qərar qəbul etməli idi. Hanı belə qərar?

Hətta dövlət ehtiyacları mövcud olsa idi belə, bu barədə Nazirlər Kabineti mülkiyyətçilərə yazılı bildiriş göndərməli idi. Hətta dövlət ehtiyacları mövcud olsa idi belə, sakinlərin köçürülməsinə yalnız və yalnız onlar Nazirlər Kabinetinin bildirişini alındıqdan bir il sonra yol verilə bilərdi. Hanı belə bildiriş? Hanı bir illik müddət?

Hətta dövlət ehtiyacları mövcud olsa idi belə, şəhərin mərkəzində yerləşən evlərdəki sahənin qiymətini beynəlxalq qiymətləndirmə metodikasına uyğun olaraq qiymətləndiricilər müəyyən etməli idilər. Hanı belə qiymətləndirmə?

Hətta dövlət ehtiyacları mövcud olsa idi belə, mülkiyyətçilərin təzminatı bazar dəyərini də xeyli üstələyən dərəcədə ədalətli olmalı, qabaqcadan ödənilməli idi. Hanı belə ödəniş?

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow