?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Bu gün səhər saat 10 radələrində Nəsimi rayon məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətinin Şəmsi Bədəlbəyli küçəsindəki mənzillərdən birinin mülkiyyətçisi Etibar Hüseynova qarşı onun və ailəsinin mənzildən çıxarılması və mənzilin sökülməsi barədə iddia ərizəsi, habelə Etibar Hüseynovun  Bakı Şəhər İcra Hakimiyyətinə qarşı mülkiyyət hüququndan istifadəyə maneələrə son qoyulması haqqında qarşılıqlı iddia ərizəsinə dair iş üzrə məhkəmənin hazırlıq iclası keçirilmişdir.

 Hüquqlarını müdafiə etdiyim Etibar Hüseynov məhkəməyə bir sıra vəsatətlər vermişdir.

1-ci vəsatətimiz onunla bağlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun 24 sentyabr 2008-ci il tarixli, 511 saylı Sərəncamına görə, Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrinin əhatəsində olan sahədə yaşayan «əhali ilə danışıqların aparılması və onların köçürülməsi işinin  müqavilə əsasında fiziki şəxs Kazımov Rufan Habil oğlu tərəfindən həyata keçirilməsi qərarına gəlinmiş» və mühasibatlığa tapşırılmışdır ki, “köçürülmə ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin hesabına ödənilmiş vəsaitin fiziki şəxs R.H.Kazımovun hesabına keçirilməsini təmin etsin”.

Bununla əlaqədar olaraq, biz məhkəmədən xahiş etdik ki, bilavasitə iş ilə bağlı olduğundan, ərazidəki əhalinin, o cümlədən, Etibar Hüseynovla danışıqlar aparılması üçün Rufan Kazımov təyin edildiyindən, orada yaşayanların köçürülməsi ilə bağlı bütün vəsait onun hesabında və sərəncamında olduğundan, icra hakimiyyəti ilə onun arasında bağlanmış müqavilə tələb edilsin. Bu bir də ona görə lazım idi ki, belə müqavilənin və onun əsasında milyonlarla manat vəsaitin statusu bəlli olmayan Kazımova köçürülməsinin nə dərəcədə qanuni olması məsələsinə aydınlıq gətirilsin.

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sani Nəsibov vəsatətlə razılaşmayaraq, bildirmişdir ki, Kazımov heç nə həll etmir, o, sadəcə vətəndaşlarla müqavilələri imzalayır, hər şey Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə həll olunur, ərazidə isə onları Zülfəli İsmayılov adlı işçiləri təmsil edir.

Qəribə mövqedir, elə deyilmi? Əgər hər şeyi icra hakimiyyəti həll edirdisə, Kazımov kimə və nə üçün gərək olmuşdu?

Məhkəmə bu vəsatəti rədd etmişdir. Hələ şərh vermirəm.

 2-ci vəsatətimiz göstərilən ərazidən köçürülmə ilə əlaqədər Bakı Şəhər İcra Hakimiyyətindən bağlanılmış bütün alqı-satqı müqavilələrini, yaxud onu əvəz edən sənədlər tələb edilməsi barədə olmuşdur.

Məhkəmə bu vəsatəti də təmin etməmişdir.

 3-cü vəsatət indiyədək satın alınmış evlərə, mənzillərə, sahələrə görə ayrılmış və xərclənmiş vəsait barədə sənədlərin Bakı Şəhər İcra Hakimiyyətindən tələb olunmasına dair idi.

Bu ona görə lazım idi ki, ayrılmış vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsi, ayrılan vəsait ilə xərclənən arasında fərqlərin olub-olmaması məsələsinə aydınlıq gətirilsin.

Məhkəmə bu vəsatəti də rədd etmişdir.

 4-cü vəsatət Bakı Şəhər İcra Hakimiyyətinin 17.09.2008-ci il tarixli, l-363/4g sayh məktubunun tələb edilməsi haqqında idi ki, bu məktubla Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edərək, göstərilən ərazi ilə bağlı vəsaitin köçürülməsinə dairdir.

Məhkəmə bu vəsatəti təmin etmişdir.

 5-ci vəsatət Maliyyə Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab məktubunun tələb edilməsinə dair idi

Bu vəsatət də təmin edilmişdir.

 Məhkəmə baxışı mayın 6-sı, saat 10.00-a təyin edilmişdir.

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow