?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Avropa İnsan Hüquqları Məhkəməsinin saytında bu gün Eynulla Fətullayevin Azərbaycana qarşı ərizəsinə dair iş üzrə qəbul edilmiş qərar dərc edilmişdir.

Qərarın 177-ci maddəsində göstərilmişdir ki, bu işin xüsusi hallarını və Konvensiyanın 10-cu maddəsinin pozuntularına son qoyulması üçün təxirəsalınmaz ehtiyacın olmasını nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 46-cı maddəsindən irəli gələn öhdəliyin yerinə yetirilməsinin üsullarından biri kimi, Cavabdeh Dövlət ərizəçinin dərhal həbsdən azad edilməsini təmin etməlidir.

Hakimiyyət nümayəndələri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə razı olmadıqlarını, Böyük Palataya müraciət edəcəklərini söyləyirlər. Mənim onlara məsləhətim budur ki, əbəs yerə çalışmasınlar, E.Fətullayevin birinci cinayət işinə Ali Məhkəmənin Plenumunda yenidən baxılsın və yerli məhkəmələrin qəbul etdikləri qərarlar ləğv edilərək, iş üzrə icraata xitam verilsin. Buna çox vaxt lazım deyildir.

Comments

( 2 comments — Leave a comment )
bulgurkhan
Apr. 22nd, 2010 12:00 pm (UTC)
Это первая ласточка ?
fuad_agayev
Apr. 22nd, 2010 12:34 pm (UTC)
Не первая, уверен, что далеко не последняя.
( 2 comments — Leave a comment )

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Page Summary

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow