?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

1980 - məhkəmələr - 2010

Azərbaycan hakimlərinin müstəqil olmamaları barəsində çox danışılır, haqlı danışılır. Lakin ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasının başqa səbəbləri də var: lazımi savadın olmaması və korrupsiya problemləri.

Hüquq sahəsində 1982-ci ildən fəaliyyət göstərirəm. Sovet hakimiyyəti dövründəki və hazırki məhkəmə sistemlərini müqayisə edə bilərəm. Əfsuslar olsun ki, bu müqayisə indiki hakimlərin xeyrinə deyildir. Deyirlər ki, məhkəmə islahatları keçirilir, yeni, perspektivli hakimlər Azərbaycan Respublikası ədalət mühakiməsi sisteminin dayaqlarına çevrilir. Bəli, yeni hakimlər sırasında kifayət qədər savadlıları, maddi və prosessual qanunvericiliyə bələd olanları vardır. Ancaq, sayları yetərincə deyildir.

80-ci illərin və indinin orta statistik hakimlərinin savad səviyyəsini müqayisə etsək, tam məsuliyyətlə söyləyə bilərəm ki, sovet hakimləri xeyli dərəcədə üstün idilər. Doğrudur, o zamankı qanunvericilik daha bəsit, daha sadə hesab edilə bilər. Ancaq, əsas bu deyildir – hüquq fakültələrinin həmin dövrdəki məzunlarına məntiqi düşüncə, qanunları təfsir etmə qabiliyyəti aşılanırdı. Yəni, hüquqşünasların, hakimlər də daxil olmaqla, müəyyən hüquqi baza minimumu var idi ki, həmin baza hal-hazırda da çoxlarının karına gəlir. Təhsilin, o cümlədən, hüquq fakültələrinin hazırki acınacaqlı səviyyəsi çoxlarına bəllidir. Lakin, dəqiq elmləri öyrənən tələbə sonradan öz biliklərindəki çatışmazlıqları çətinliklə olsa da başqa ölkədə aradan qaldıra bilər. Fizika qanunları Azərbaycanda da, Almaniyada da, planetimizdəki istənilən ölkədə eynidir. Hətta humanitar elm hesab edilən iqtisadiyyatı da başqa yerdə mükəmməl öyrənmək mümkündür.

Azərbaycan qanunvericiliyini isə yalnız Azərbaycanda tədris edirlər – bu o deməkdir ki, gənc hüquqşünas milli qanunlarımızı xaricdə öyrənə bilməz – fransızların, ingilislərin, amerikalıların bizim hüquq sistemimizə ehtiyacı o dərəcədə deyildir ki, Azərbaycan hüququnu Sorbonnada, Oksfordda, Harvardda öyrətsinlər. Nəticədə, milli hüquqşünas kadrlarının səviyyələrini artırması daha artıq dərəcədə onların özlərindən asılı olur. Sonra da baxırsan, görürsən ki, nə bu hakimin hakimlikdən, nə də bu vəkilin vəkillikdən xəbəri yoxdur. Ümumi mənzərə budur – istisnalar isə istisnadır.

Buna görə də, fikirləşdim ki, bundan sonra mahiyyətcə mürtəce, qeyri-hüquqi, məntiqə zidd qərarlar barədə bundan sonra bloqda yazılar verim. Bloqun oxucularını da bu işdə fəal iştirak etməyə çağırıram.

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow