?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

"Qış bulvarı". Füzuli küçəsi, ev 58

 Burada şəkillərini təqdim etdiyim Füzuli küçəsində yerləşən 58 saylı ev Kürün səviyyəsinin qalxmasının, hansısa döyüş əməliyyatlarının, yaxud da ki, zəlzələnin nəticəsində bu vəziyyətə salınmamışdır. Sadəcə, orada Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları və fəhlələri olmuşlar. Xatırladım ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə 3 saylı əlavə kimi təsdiq edilmiş memarlıq abidələri sıyahısında bu evin 2921 inventar nömrəsi vardır.

İcra hakimiyyəti orqanlarının nəzərinə çatdırmaq istərdim ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinin 2-ci hissəsində tələb olunur:  «Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır». Konstitusiyanın 77-ci maddəsi tarix və mədəniyyət abidələrini qorumağın hər bir şəxsin borcu olduğunu vurğulayır. «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilmişdir: «Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır».

Binanın boşaldılmış sahələri belə vəziyyətə salınmışdır

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow