?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

 Dəfələrlə bildirmişdik ki, Bakı şəhər icra hakimiyyətinin Zülfəli İsmayılov adlı məmurunun başçılığı altında heç bir hüququ əsas olmadan «Qış Bulvarı» çətiri (adı) altında yüzlərlə vətəndaşların yaşadıqları, xüsusi mülkiyyətdə olan evləri, mənzilləri yaşamaq üçün yarıtmaz hala salırlar.

Bu gün Nəsimi rayon məhkəməsi Rəsul Rza küçəsindəki 2 saylı dalan və Ə.Topçubaşov küçəsindəki 64 saylı evdə, eləcə də onların ətrafına baxış keçirməlidir.

Saat 12.13-də Rəsul Rza küçəsindəki 2 saylı dalanda yaşayan iddiaçılardan biri – Mahmudova Valeriya mənə zəng vurdu ki, onların həyətinin divarlarını ekskavatorla Zülfəli İsmayılov və onun qohumunun başçılığı altında dağıdırlar. Dəhşətlisi budur ki, həyətin divarı həm də onların yaşadıqları mənzilə də aiddir. Tez həmin həyətə yollandım. Əvvəl ekskavatorun kənardan şəkillərini çəkdim, sonra isə həyətə daxil oldum…

Həyətdəki mənzərəni təsvir etmək çətindir! Hər yan toz içində, ekskavatorun çalovu (kovşu) divarı dağıdır, hər an faciə baş verə bilər, çalov divara elə zərblə dəyir ki, Mahmudovanın mənzilinə qalxan pilləkənlərin və mənzilin hələ yerində qalması özü təəccüb doğurur.

Avropa İnsan Hüquqları Məhkəməsi hətta terrorçularla döyüş dövründə belə onların evlərinin dağıdılmasını qeyri-insani rəftar hesab edirsə, hansı haqla bizim vətəndaşların mülkiyyətinə, mənzilinə, şəxsi təhlükəsizliyinə, həyat və sağlamlığına bu cür qəsdə yol verilir?

Bəlkə Füzuli, Rəsul Rza, Şəmsi Bədəlbəyli və Əlimardan Topçubaşov küçələrində, layihəsi çoxdan batırılmış «Qış Bulvarı» ərazisində yaşayanlar PKK terror təşkilatından daha təhlükəlidir?

Hansı əsasla Prezident Administrasiyasına, Baş Prokurorluğa, digər hüquq mühafizə orqanlarına vətəndaşların göndərdikləri müraciətlər hadisələrin önündə olan Bakı şəhər icra hakimiyyətinə göndərilir?

Necə olur ki, Hacıbala Abutalıbov, Zülfəli İsmayılov kimilər dövlət qulluğu ilə bir araya sığmayan hərəkətlər edirlər, onlara gözünün üstündə qaşın var deyən yoxdur?

Hakimiyyətdəkilərin niyyəti vətəndaşların öz ev-eşiklərindən kvadrat metri 1500 manatdan imtina etməsinə nail olsunlar. Məcburiyyət qarşısında ata-baba mülkünü, mənzilini tərk etməyə məcbur olanların sayı yüzlərlə, bəlkə də minlərlədir. Ərazidə partlayış nəticəsində artıq bir nəfər həyatını itirmişdir, ürək-sinir sistemi bu amansızlığa davam gətirməyən daha neçə-neçə adam dünyasını dəyişmişdir. Nə baş verməlidir ki, bu özbaşınalıq, qanunsuzluq dayandırılsın?

Bir şeyi də bilin və agah olun – Qış Bulvarı layihəsi çoxdan ayaq altına atılmişdır, belə ki, həmin layihəyə görə, bulvar dəmiryolu vağzalından, C.Cabbarlının heykəlindən başlayaraq Dövlət Dram Teatrına, daha sonra isə Elmlər Akademiyasına qədər uzanmalı idi. Bir sözlə, bu layihənin reallaşması üçün əvvəl Mərkəzi Bank sökülməli idi. Söküldümü? Xeyr! Əvəzində onun arxasında yeni Ticarət Mərkəzi inşa edilir ki, bu Qış Bulvarı layihəsinin birdəfəlik basdırılmasından başqa bir şey deyildir.

Aşağıdakı şəkillərə diqqətlə baxın… Bu hadisələr indi hamının başına gələ bilər!




 







Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow