?

Log in

No account? Create an account

Previous Entry | Next Entry

Biz məlumat vermişdik ki, aprelin 9-da Avropa İnsan Hüquqları Məhkəməsi artıq İlqar Məmmədovun şikayətinə prioritet verərək, onu Azərbaycan dövlətinə kommunikasıya etmiş, yəni iqtidarı rəsmi məlumatlandırmış və Konvensiyanın 5 maddəsi ilə bağlı ona suallar vermiş, Azərbaycan dövlətinə bu il iyunun 18-nə kimi öz mülahizələrini təqdim etmək təklif etmişdi. Hökumətin cavablarını aldıqdan sonra Məhkəmə onları bizə göndərməli idi ki, biz də öz şərhlərimizi təqdim edək. Bu ayın, yəni iyulun 8-də biz Avropa İnsan Hüquqları Məhkəməsinə məktub göndərərək, Hökumətin mülahizələrini almamağımız ilə bağlı narahatlığımızı ifadə etdik. Bu gün Məhkəmənin katibliyindən məlumat almışıq ki, sözügedən sənədlər bizə hələ iyunun 26-da göndərilmişdir!!! Bu nə deməkdir? Bu o deməkdir ki, məktub artıq 20 gündür ki, yoldadır! Hesab edirəm ki, hətta Azərbaycan poçtamtı üçün bu olduqca böyük müddətdir. Başqa iş üzrə 23 mayda göndərilən eyni cür sənədi mən 10 gün sonra almışdım. Həmin müddətdən 2 dəfə artıq müddət ötmüşdür – biz isə hələ də gözləyirik!

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Powered by LiveJournal.com
Designed by Tiffany Chow