?

Log in

No account? Create an account
Мы уже сообщали, что 09 апреля этого года Европейский Суд Прав Человека, придав жалобе Ильгара Мамедова приоритет, коммуницировал ее Азербайджанскому государству, поставив перед ним ряд вопросов. Власти должны были до 18 июня представить свои ответы в Суд, а Суд, в свою очередь, должен был направить соображения Правительства нам для комментариев. 08 июля мы направили в Европейский Суд письмо, в котором высказали свою обеспокоенность в связи с неполучением указанных документов. Сегодня мы получили сообщение из Секретариата Суда. В письме говорится о том, что Соображения Правительства были нам высланы еще 26 июня!!! Это что же получается? Письмо вот уже 20 дней не находит адресата, т.е. меня! Не слишком ли долго даже для азербайджанского почтамта? Последнее сообщение того же рода, отправленное 23 мая, я получил 10 дней спустя. Иными словами, даже этот срок перекроен в 2 раза... уже в 2 раза, ибо неизвестно, сколько еще ждать.
В феврале нынешнего года в связи с многочисленными и грубыми нарушениями прав Ильгара Мамедова со стороны Прокуратуры Азербайджанской Республики, Следственнойго Управления по тяжким преступлениям, Министерства Внутренних Дел, местных судов, иными словами, со стороны азербайджанских властей, мы направили жалобу в Европейский Суд Прав Человека. В жалобе поставлены вопросы о нарушениях ст.ст. 5 (право на свободу), 6(2)(презумпция невиновности), 13(право на эффективное средство защиты), 14 (запрет на дискриминацию) и 18 (пределы использования ограничений в отношении прав) Конвенции о Защите Прав Человека и Основных Свобод.
09 апреля Европейский Суд Прав Человека, придав указанной жалобе приоритет, коммуницировала ее Азербайджанскому государству, поставив перед ним ряд вопросов, связанных с упомянутыми правами человека. Власти должны до 18 июня представить свои ответы в Суд.
Bu ilin fevralında Azərbaycan Respublikasının Prokurorluğu, ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi, Daxili İşlər Nazirliyi, yerli məhkəmələrin, bir sözlə Azərbaycan iqtidarının İ.Məmmədovun hüquqlarını kobud və çox sayda pozması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərmişik. Şikayətdə Konvensiyanın 5 (azadlıq hüququ), 6(2)(təqsirsizlik prezumpsiyası), 13 (səmərəli hüquq müdafiə vasitələri hüququ), 14 (ayrıseçkiliyin qadağası) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması barədə məsələlər qaldırılmışdır.
Avropa İnsan Hüquqları Məhkəməsi artıq həmin şikayətə prioritet verərək, onu Azərbaycan dövlətinə kommunikasıya etmiş, yəni iqtidarı rəsmi məlumatlandırmış və sadalanan maddələr ilə bağlı ona suallar vermişdir. Azərbaycan dövlətinə bu il iyunun 18-nə kimi öz mülahizələrini təqdim etmək təklif olunmuşdur.

İndicə mənə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun katibi zəng vuraraq bildirdi ki, sabah saat 12-də İ.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair qərardan verdiyimiz apellyasiya şikayətinə baxılacaq. Sözün düzü, bu məlumat məni çox təəccübləndirdi. Niyə? Ona görə ki, dünən Nəsimi rayon məhkəməsində məhkəmə iclası protokolu ilə tanış olduqdan sonra, hakim E.Mehdiyevin adına yazdığım ərizədə göstərdim ki, protokolda çatışmazlıqlar olduğuna görə sabah (yəni bu gün, fevralın 02-i) ona dair qeydlərimi məhkəməyə göndərəcəyəm, həmin qeydlərə baxılmamış həbs icraatının apellyasiya məhkəməsinə göndərilməsi yolverilməzdir. Həmin ərizəni verdikdən sonra isə həbs qətimkan tədbiri barədə qərardan apellyasiya şikayətini təqdim etdim. Bu gün səhər saat 10.15-də ekspress-poçt vasitəsilə protokola dair qeydlərimi məhkəməyə yolladım. Cinayət-prosessual qanunvericiliyinə görə hakim bu qeydlərə baxmaq əvəzinə, materialı natamam protokol ilə apellyasiya məhkəməsinə göndərmişdir. Bu tələskənliyin səbəbi nədir?

"Bizim yol" gəzetinə verdiyim müsahibə

"Bizim yol" qəzetinin bugünkü sayında müsahibəm dərc edilmişdir:
http://bizimyol.info/?sehife=1&xeber=6783
Onu vurğulayım ki, ARDNŞ və məhkəmələrin qanunsuz qərar və hərəkətləri nəticəsində dəymiş ziyanın ümumi məbləği hal-hazırda 6 milyon manatdan az deyil və artmaqdadır. Məhkəmə baxışlarında torpağın qaytarılmasını tələb etdiyimizə görə, onun dəyərini (4 milyon 320 min manat) tələb eyməmişik.

Bu da müsahibənin mətni:

Tanınmış hüquqşünas, kinodramaturq Rüstəm İbrahimbəyovun hökumət qurumları ilə məhkəmə çəkişmələrində qanuni nümayəndəsi Fuad Ağayev «Bizim Yol» qəzetinin suallarını cavablandırıb. Vəkil İbrahimbəyovun həm ARNDŞ-la məhkəmə çəkişməsi, həm də Vergilər Nazirlyinin Kinematoqrafçılar ittifaqına qarşı qaldırdığı cinayət işinin təfərrüatları barədə məlumat verib. Müsahibəni təqdim edirik.  

- Fuad bəy, söhbətimizi tanınmış dramaturq Rüstəm İbrahimbəyovun bir neçə il əvvəl ARDNŞ-ə qarşı qaldırdığı iddia ilə başlamaq istərdim. Həmin iddia hazırda hansı mərhələdədir?

- Mən bir il əvvəl bu iş üzrə icraata qoşuldum, ötən ilin yanvar ayının sonunda Səbayel Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərək, Rüstəm müəllimin iddiasını yox, ARDNŞ-nin heç bir qanuna əsaslanmayan iddiasını təmin etdi. Biz həmin qətnamədən apellyasiya şikayəti versək də, o dəyişdirilmədən saxlanıldı. Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyimiz kassasiya şikayətinə Ali Məhkəmənin Mülki Kollegiyası dekabrın 4-də baxsa da, bu günə qədər qərarı ala bilməmişik

- Qərar nədən ibarətdir?

- Bu qərar da əvvəlkiləri dəyişdirmədən saxlayıb. Bu işə yerli məhkəmələrdə yanaşılması, baxılması tərzi, qəbul olunmuş qərarlar onu isbat etdi ki, Azərbaycanda hakimiyyətə yaxın olmayan, müstəqil fikrli insanların mülkiyyəti toxunulandır. Vətəndaş həmin mülkiyyəti hansı tarixdə əldə edib-etməməsindən, neçə dövlət orqanı bu barədə rəsmi sənəd verib-verməməsindən asılı olmayaraq icra hakimiyyətindən tamamilə asılı olan məhkəmələrin əliylə mülkiyyətin ələ keçirilməsini rəsmiləşdirmək olur. Azərbaycanda baş verənləri biz xarici ölkələrlə müqayisə etdikdə, onu görürük ki, insan hüquqları, xüsusilə də mülkiyyət hüquqları sahəsində ölkəmizdəki vəziyyətin pis mənada analoqu yoxdur!!

- Ümumiyyətlə, bu məsələdə ARDNŞ qanunvericiliyi hansı mərhələlərdə pozub?

- İşdə o mülkiyyətdən gedirdi ki, həmin torpaqlara mülkiyyət hüququ hələ 2006-cı ildə rəsmiləşdirilib. Rüstəm İbrahimbəyov və digər iddiaçıların hüquqları bələdiyyənin qərar və sərəncamlarından başqa, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları və razılıq məktubları, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Ekspertiza Mərkəzinin rəyləri, Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr planları, nəhayət, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi qeydiyyat vəsiqəsiləri, çıxarışları, yəni «kupçalarla» təsdiqlənir. Neçə-neçə dövlət orqanının vermiş olduqları bu rəsmi sənədlər ortalıqdadır və məhkəmələr də bunu bilir! Beləliklə, Rüstəm müəllimin də, başqa iddiaçıların da hüquqları rəsmi dövlət sənədləri ilə təsdiq olunur. 2009-cu ilin noyabrında həmin torpaqları zəbt edən, orada “buruq” quraşdıran, ərazidəki insanları avtobusa dolduraraq, polis bölməsinə aparan ARDNŞ-in heç bir sənədi olmayıb. Şirkətin məhkəməyə təqdim etdiyi yeganə sənəd, əgər bunu sənəd adlandırmaq mümkündürsə, 1962-ci ilin mayında Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin qəbul etdiyi qərardır ki, onun əsasında “Azneft”-in 26 Bakı Komissarı Neft və Qazçıxarma İdarəsinə torpaqlar ayrılmışdı. Başqa heç bir sənəd yoxdur, təsəvvür edin ki, həmin torpaqları 2009-cu ilin noyabrında ARDNŞ zəbt edəndə adını xatırladığım sənəd də onlarda olmayıb. O sənədi şirkət məhkəmə prosesi gedən zaman arxivdən alaraq təqdim etdi. Razılaşın, torpaq sahəsindən istifadə hüququ ARDNŞ-in olsa idi, buna dair müvafiq sənədlər də onun sərəncamında olardı. Biz həmin şirkətin hərəkətlərinin qanunsuzluğunu bütün məhkəmələrdə təkzibedilməz şəkildə isbat etdik. 1962-ci ildən sonra 3 Torpaq Məcəlləsi qüvvəyə minib: 1970, 1991 və 1999-cu illərdə. Təsəvvür edin ki, hər bir Məcəlləyə əsasən torpaqdan istifadə hüquqlarını təsdiq edən sənədin zəruriliyi nəzərdə tutulub - müxtəlif dövrlərdə bu sənəd müxtəlif cür: dövlət aktı, şəhadətnamə, daşınmaz aktın reyestrindən çıxarış adlandırılıb. Əlbəttə ki, ARDNŞ həmin torpaqdan istifadə hüququna malik olsa idi, belə sənədləri, yaxud, heç olmasa bircə sənədi olmalı idi. Lakin məhkəmə baxışında müəyyən olundu ki, onun heç bir (!!!) sənədi yoxdur. ARDNŞ Azərbaycan ərazisində xeyli torpaqdan istifadə edir və buna görə torpaq vergisi də ödəyir. Rüstəm müəllimgilin torpaqlarına görə isə ödəmir! Niyə? Ona görə ki, torpaq ARDNŞ-in deyil! Ancaq məhkəmədə qarşı tərəf heç bir sənəd təqdim edə bilmədi, daha doğrusu dedilər ki, onlarda başqa sənəd yoxdur, yalnız 1962-ci ilin mayının qərarı var. Onu da arxivdən götürüblər

- Ancaq bütün bunlara rəğmən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, həmin ərazidə neft var, ona görə şirkətindir...

- Bilirsiniz, hələ 1999-cu ildə ARDNŞ Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir. Müraciətdə bildirilib ki, Səbayel rayon ərazisində olan torpaqlardan istifadə etmədiyi üçün imtina edir. Həm də göstərilib ki, ərazidəki neft ehtiyatları çox kasaddır və onların adi üsullarla hasilatı sərfəsizdir; əgər nə vaxtsa ehtiyac olarsa, yanakı üsulla çıxarıla bilər. Bu, ARDNŞ-nin sabiq prezidenti Natiq Əliyev də ötən il kütləvi informasiya vasitələrinə verdiyi məlumatlarda da bildirilmişdi. Həmin vaxt, yəni 1999-cu ildə, hazırkı Torpaq Məcəlləsi qüvvəyə minənə qədər Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaqların geri alınması barədə qərar qəbul edib. Bundan başqa, icra hakimiyyətinin bir neçə sərəncamı olub, birinci sərəncam isə sabiq icra başçısı Rəfael Allahverdiyevin dövrünə təsadüf edir. Bu sərəncamlar əsasında Səbayel Bələdiyyəsinə torpaqlar ayrılıb. Amma bunlara baxmayaraq, ARDNŞ rəsmiləri məhkəmədə yenə də torpaqların onların olduğunu dedilər.

- O zaman bütün bunların qarşılığında məhkəmələrin münasibəti necə izah oluna bilər?

- Bu mövqenin onlara olan təzyiqdən başqa izahı yoxdur. Adi insan başqalarının mülkiyyətində olan torpağın özününkü olmasını bildirsə, ona nə deyərlər? Deyərlər, sənədin hanı? Həmin adam yarım əsrdən çox yaşı olan kağızı, heç bir hüquq müəyyən etməyən sənədi ortalığa qoysa, ən yaxşı halda onun bu hərəkətinə istehza ilə yanaşarlar. Burada isə söhbət adi insandan, yaxud şirkətdən getmir, söhbət arxasında ölkənin ən güclü isimləri duran ARDNŞ-dən gedir. Aydın məsələdir ki, biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Azərbaycan məhkəmələri bu cür qərarlarla uzağa getməyəcək və bununla Azərbaycanın nüfuzu qalxmayacaq. Əminəm ki, apellyasiya və ali məhkəmələrdə bu işə baxanlar məsələnin tərkibini kifayət qədər yaxşı dərk edirdilər. Lakin ali icra hakimiyyətindən hiss olunan təzyiqin nəticəsində ədalətli qərara nail ola bilmədik

- Fuad bəy, bu prosesdə Rüstəm müəllimə təxmini nə qədər zərər dəyib?

- Əvvəla biz Səbayel Rayon Məhkəməsinə həm də ərazinin qiymətləndirilməsinə dair müvafiq sənədlər təqdim etmişdik. Bundan əlavə layihələndirməyə, tikinti xərclərinə, torpağın şirkət tərəfindən pisləşdirilməsinə dair dəyən zərərlə bağlı xərclər də sənədləşdirilib. Əgər problemlər yaradılmasaydı, Kino Akademiyasıyla bağlı layihə artıq 2010-cu ildə gerçəkləşdirilə bilərdi. Konkret dəymiş zərərdən danışırıqsa, biz torpağa görə heç nə tələb etmədik, çünki ümid edirdik ki, məhkəmə ədalətli qərar qəbul edəcək, torpağı mülkiyyətçilərə qaytaracaq. Rəsmi qiymətləndirici rəyinə əsasən, zəbt edilmiş sahələrin ümumi bazar dəyəri 4 milyon 320 min manatdır. Bundan başqa, dəyən ziyanın məbləği 1 milyondan çoxdur və arta-arta gedir. İkincisi, məhkəmə iclaslarında konkret sübutlarla, müqavilələrlə müəyyən olundu ki, layihəni gerçəkləşdirməkdən ötrü Rüstəm müəllim və digər iddiaçılar öz mülkiyyətlərində olan əmlaklarını dəyişdiriblər. Məsələn, Rüstəm müəllim 2009-cu ildə öz mülkiyyətində olan, Nərimanov heykəlinin yaxınlığında yerləşən çox gözəl binada sahəsi 230 kvadrat metrlik 4 otaqlı mənzilini 6 sotluq torpaq sahəsinə dəyişdirib. Notarial qaydada təsdiqlənimiş müqaviləyə əsasən həmin mənzilin qiyməti 300.000 manat olub! Amma məhkəmələr qarşı tərəfi işə cəlb etmədən bu müqaviləni etibarsız hesab etdi. Bu, ağlasığmayan bir hadisədir, məhkəmənin yanaşmasından belə çıxır ki, həmin torpaq sahəsi Rüstəm müəllimdən alınmalı və 300 min manatlıq mənzil müqabilində də ona heç nə ödənməməlidir. Hesab edirəm ki, bu yanaşma sifarişçilərin ifrat qərəzlilikdən və məhkəmələrin naşılığından başqa bir şey deyil və bağışlanmazdır

- İddialarınızın Avropa Məhkəməsində perspektivini necə görürsünüz?
- Çox yaxşı

- Rüstəm İbrahimbəyovla son hadisə Vergilər Nazirliyinin Kinematoqrafçılar İttifaqında başladığı yoxlamalardır, doğrudanmı, vergidən yayınma halları baş verib?

- Əlbəttə, Vergilər Nazirliyi yoxlamalar keçirə bilər, ancaq faktlar gərək təhrif olunmasın. Vergilər Nazirliyi mətbuatda bildirib ki, yoxlama 2012-ci ilin ortalarından başlayıb, bu, həqiqətə uyğun deyil. Yoxlama barədə qərar ötən ilin noyabrın 5-də qəbul olunsa da, 15 gün sonra, yəni 20 noyabrda başlayıb. Razılaşın ki, ilin 11-ci ayı olan noyabrı, özü də ki, onun sonunu heç cür ilin ortası adlandırıla bilməz. Başqa tərəfdən, nazirliyin rəsmiləri bildirirlər ki, bu, 2009-cu ildən 2012-ci ilə qədər 3 ili əhatə edir - doğru deyil, çünki 3 yox, 4 ili əhatə edir. 2012-dən 2009 çıxılsaydı, 3 olardı. Lakin burada söhbət illərin fərqindən getmir! Gəlin sayaq, 2009 - 1, 2010 - 2, 2011 - 3 və 2012-ci il - 4, 4 il oldu. Əgər noyabr və dekabrda yoxlama keçirilirdisə, heç cür bu yoxlama 2009-cu ilin noyabrından əvvəlki müddəti əhatə edə bilməzdi. Ona görə ki, Vergi Məcəlləsinin 36.3 maddəsi bunu qadağan edir, nazirliyin rəsmiləri də bildirib ki, bu yoxlama 3 ildən artıq müddəti əhatə edə bilməz, ancaq buna rəğmən ediblər. Düşünürəm ki, tərtib etdikləri vergi aktı mütləq məhkəmə qaydasıyla mübahisələndirilməlidir. Əsas bu məqam deyil

- Rəqəmləri deyə bilərsinizmi

- Əlavə dəyər vergisinə görə 9 min 800 manat 65 qəpik, ödəmə mənbəyində tutulan vergiyə görə 2444 manat 80 qəpik. Nisbətən az miqdarda maliyyə sanksiyaları da var. Vergilərin ümumi məbləği təxminən 12 min civarındadır. Vergilər 2009-cu ilin sentyabrına görə hesablanıb! O ki, qaldı vergi ödəməkdən yayınmaya, bu barədə, yəni Cinayət Məcəlləsinin 213.1 maddəsindən o zaman danışmaq olardı ki, burada qəsdən, məqsədli şəkildə vergilər gizlədilsin. Yoxlama materiallarından da məqsədli edildiyi nəticəsi çıxmır, sadəcə, hesablamalarda müvafiq yanlışlıqlar olub, hətta belə olubsa. Əsas məsələ odur ki, nazirliyin İstintaq Departamenti Lalə Əfəndiyevaya vergi ödəməkdən yayınmaya görə ittiham irəli sürməyib, verilmiş ittiham mənimsəmədir. Bu isə ağlasığmayan bir şeydir. Düşünürəm ki, həmin departamentin rəhbərləri və müstəntiq buna görə, ən azı utanırlar. Ancaq utanmaqla iş düzəlməz - heç olmasa, sifarişçilərə izah edilməli idi ki, bu dərəcədə qanunsuzluq hətta qeyri-hüquqi dövlət olan Azərbaycan üçün də yolverilməzdir

- İttihamda nə deyilir

- Lalə xanım Əfəndiyeva onda ittiham olunur ki, guya o, XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının 2009-cu ildə keçirilməsi üçün səlahiyyətli nümayəndə olaraq, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə “Tikinti-Quraşdırma TŞ” MMC ilə müqavilə, razılaşma protokolu imzalayıb, 10 gün ərzində nəqliyyat xidmətləri göstərilməsi haqqında akt tərtib edib, 22 min manat pul vəsaitini mənimsəyib. Yəni istintaq orqanı deyir ki, əslində xidmətlər göstərilməmişdir.

- Bəs həqiqət nədən ibarətdir?

- Həqiqət bundadır ki, festivalın 120 əcnəbi qonağı olub ki, onlara 8 mikroavtobus, 9 sərnişin avtomobili (6 “Mercedes”, 2 “Cip”, 1 “Linkoln”) 10 gün ərzində nəqliyyat xidmətləri göstərib!!! Bu faktdır və təkzibedilməz sübutlarla, o cümlədən videomateriallarla sübuta yetirilir

- O zaman istintaq nəyə əsasən bu cür ittiham irəli sürüb?

- Onların belə ittiham vermək üçün heç bir qanuni əsasları olmayıb. Ona istinad ediblər ki, “Tikinti-Quraşdırma TŞ” MMC-nin mülkiyyətçisi onlar tərəfindən həbs edilib və o, deyir ki, həmin şirkətin T.Əliyev adlı direktoru olmayıb. Yəni konkret sənədlər: “Tikinti-Quraşdırma TŞ” MMC-nin möhürü qoyulmuş sənədlər - müqavilə, qiymətlərin razılaşdırılması protokolu, avtomaşınların icarəyə verilməsi aktı, hesab-faktura, mədaxil xəzinə orderi qalıb kənarda, Vergilər Nazirliyindən tam asılı vəziyyətdə olan adam vasitəsilə ittiham verdirirlər

- Həmin sənədlər “Tikinti-Quraşdırma TŞ” MMC tərəfindən təsdiq edilmişdirmi?

- Əlbəttə, bayaq söylədiyim kimi, sənədlərin hamısında həmin şirkətin möhürü qoyulub. Mədaxil xəzinə orderi, hesab-faktura isə “Tikinti-Quraşdırma TŞ” MMC-nin rəsmi sənədləridir, özü də ki, ciddi hesabat blanklarında!!! Nəqliyyat xidmətləri göstərilib, konkret maşınların dövlət nömrə nişanları da var, videoyazılar da var!!! Daha nə istəyirlər? Bəlkə istəyirlər ki, festivalın qonaqları olmuş 120 nəfər də gəlib ifadə versinlər ki, onlar 10 gün Bakını piyada dolaşmayıb? O ki qaldı T.Əliyev adlı adamın direktor olub-olmamasına, bu həmin şirkətin problemidir. Əgər şirkətin möhürü, ciddi hesabat blankları o adamın sərəncamında idisə, kim və hansı səbəbdən onun şəxsiyyətini şübhə altına almalı idi? Lalə xanımı narahat edən qonaqlara nəqliyyat xidmətləri idi ki, onlar da göstərilib! Vəssalam

- Ancaq nazirlik bəyan edir ki, Lalə Əfəndiyeva təqsirsizliyini sübut etməlidir.

- Bu yanaşma artıq onu göstərir ki, Azərbaycanı ötən əsrin 37-38-ci illərinə qaytarmaq istəyənlər var. Nazirliyin yanaşması Konstitusiya ilə müəyyən edilmiş təqsirsizlik prezumpsiyasına deyil, təqsirlilik prezumpsiyasına əsaslanır ki, bu da inkvizisiya prosesinin başlıca əlamətidir! Buna baxmayaraq, Lalə xanım artıq sürücülərin də bir neçəsini tapa bilib.

- Ümumiyyətlə, nazirliyin belə davranışı nə ilə bağlı ola bilər?

- Bunu nazir özü bilər. Mənim üçün başlıcası odur ki, bu adamlar bütün qanunvericiliyi elə şəkildə yozurlar ki, bütün Azərbaycan əhalisi vahimə içərisində yaşamalı olsun. Üzr istəyirəm, axı mənimsəmə cinayətinin əlamətləri var! Hansı əsasla on illər boyu formalaşmış anlayışları tərsinə yozurlar? Məgər bilmirlər ki, mənimsəmə talamanın bir növü olaraq tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, özgəsinin əmlakını onun mülkiyyətçisinə ziyan vurmaqla götürmə və özünün xeyrinə keçirmədir? Müqavilə var? - Var! Bu o deməkdir ki, hüquqa zidd əməl yoxdur! 22 min manat əvəzsiz olaraq götürülüb? - Xeyr! Onun müqabilində nəqliyyat xidmətləri göstərilib? Kiməsə ziyan dəyib? Xeyr! Heç kəsə ziyan dəyməyib! Bu biabırçılığa son qoyulmalıdır!

Natiq CAVADLI

В сегодняшнем номере газеты "Зеркало" опубликована статья "Минналогов вносит ясность в дело о проверках в Союзе Кинематографистов" с моими комментариями. Вот ссылка:

http://www.zerkalo.az/2013/minnalogov-vnosit-yasnost-v-delo-o-proverkah-v-soyuze-kinematografistov/

А вот текст самой статьи:
17 января этого года в нашей газете была опубликована статья под названием “Рустама Ибрагимбекова пытаются напугать”.

Напомним, что накануне публикации этой статьи многие информационные агентства Азербайджана сообщили о возбуждении Следственным управлением Министерства налогов уголовного дела в отношении Союза кинематографистов, председателем которого является известный кинодраматург Рустам Ибрагимбеков.
 Как заявил “Зеркалу” сам Рустам Ибрагимбеков после проведенной сотрудниками налоговой инспекции в Союзе кинематографистов Азербайджана проверки, руководство организации обвинили в невыплате налогов в размере 5400 манатов перечисленных Министерством культуры и туризма денег для проведения фестиваля “Восток-Запад”

Р.Ибрагимбеков сообщил, что этот налог должен был выплатить не Союз Кинематографистов Азербайджана, а Министерство культуры и туризма, которое перечислило деньги на счет возглавляемой им организации. “После того как я заявил о создании нового политического движения, налоговая инспекция обратилась в Следственное управление Министерства налогов, хотя сотрудники инспекции прекрасно знали, что данный вопрос носит спорный характер”,- заявил Р.Ибрагимбеков.

о словам Рустама Ибрагимбекова, Следственное управление Министерства налогов вызвало для беседы экономиста союза Лалу Эфендиеву. “Ее спросили о том, заключал ли Союз кинематографистов Азербайджана договор с одной частной компанией для оказания транспортных услуг во время проведения фестиваля “Восток-Запад”. Экономист дала утвердительный ответ и заявила, что готова предоставить в распоряжение управления договор, заключенный с компанией, а также чеки, которые подтверждают выплату союзом всей требуемой суммы
ldquo;В ответ сотрудники Следственного управления заявили, что владелец транспортной компании был арестован год назад. По словам сотрудников управления, владелец компании утверждает, что не подписывал никаких договоров с Союзом кинематографистов”,- сообщил председатель союза.
 Вместе с тем после публикации вышеотмеченной статьи наш корреспондент был приглашен на пресс-конференцию первого заместителя министра налогов Натика Амирова
На пресс-конференции первый заместитель министра наряду с отчетом по итогам года также рассказал и о проверках в Союзе кинематографистов Азербайджана.
“Департаментом начального расследования налоговых преступлений было выдвинуто обвинение в отношении директора Союза кинематографистов Азербайджана Лалы Эфендиевой по статье 179.3.2 Уголовного кодекса Азербайджана
Это связано с тем, что некоторые платежи проводились Союзом кинематографистов Азербайджана в нарушение закона и с присвоением больших суммПроверки в Союзе кинематографистов начались в 2012 году. Это была очередная проверка. Как известно, Министерство налогов проводит очередную проверку деятельности физических и юридических лиц за последние три года. За 15 дней до проведения проверок Союзу кинематографистов Азербайджана было отправлено уведомление, в котором мы заявили о своем намерении провести проверку и предложили им привести в порядок свои документы”, – заявил первый заместитель министра налогов.
Как отметил Н.Амиров, проверки в Союзе кинематографистов Азербайджана начались в середине 2012 года. “Закончилась проверка в середине того же года. Мы проверяли деятельность Союза кинематографистов Азербайджана с 2009-го по 2012 год
Проверка обнаружила факты неуплаты налогов. Союз кинематографистов Азербайджана признал эти факты. Налогоплательщик заявил о своей готовности уплатить налоги, но выражение готовности выплатить налоги в соответствии с законодательством не освобождает налогоплательщика от ответственности”, – сказал чиновник.
 “Рустам Ибрагимбеков заявляет, что в Союзе кинематографистов и ранее проводились проверки, но никаких недостатков при этом не было обнаружено и что налоговая инспекция обратилась в Следственное управление Министерства налогов после его заявления о создании нового политического движения”,- отметил наш корреспондент
“Пусть председатель Союза кинематографистов Азербайджана представит документ, подтверждающий его высказывание о проведении в данной организации ранних проверок”,- сказал первый заместитель министра.
 Он также опроверг высказывание председателя союза кинематографистов о том, что налоговая инспекция обратилась в Следственное управление Министерства налогов после его заявления о создании нового политического движения.
 “Министерство налогов вынесло свое решение о результатах проведенных проверок до заявления Рустама Ибрагимбекова”,- отметил первый заместитель министра.Он заявил, что уголовное дело возбуждено не в отношении Рустама Ибранимбекова, а в отношении директора Союза Лалы Эфендиевой, которая взяла в Союзе кинематографистов Азербайджана деньги, которые должны были быть потрачены на оказание транспортных услуг.
 “Глава транспортной компании, которая якобы оказала эти услуги, заявляет, что он не заключал никакого договора с Лалой Эфендиевой и не получал от нее денег на оказание транспортных услуг. Кстати, у этой компании вообще нет никаких транспортных средств. В свою очередь, Лала Эфендиева не может представить какой-либо документ, который подтверждает заключение договора с транспортной компанией. Все платежи осуществлялись наличными. А там, где платежи осуществляются наличными, очень вероятны коррупционные явления”,- считает первый заместитель министра.
 “Рустам Ибрагимбеков заявляет, что эта компания арендовала транспорт у других компаний”, – заметил наш корреспондент.
 “Но ведь никаких арендных договоров, заключенных этой компанией, нами обнаружено не было”,- ответил первый заместитель министра.
 Наш корреспондент попросил Натика Амирова прокомментировать заявление Рустама Ибрагимбекова о том, что налоги, по выделенным Союзу кинематографистов Азербайджана средствам на проведение фестиваля “Восток-Запад”, должно было выплатить Министерство культуры и туризма
“Деньги действительно были переведены Министерством культуры и туризма. Но в контракте, заключенном между Союзом кинематографистов Азербайджана и министерством, ничего не говорится о том, что министерство берет на себя обязательство относительно выплаты налогов. Как известно, правовые отношения регламентируются правовыми документами”, – заявил Натик Амиров в заключении.
В свою очередь наш корреспондент попросил адвоката Рустама Ибрагимбекова Фуада Агаева прокомментировать высказывания первого заместителя министра налогов.

“Начнем с того, что решение о выездной налоговой проверке Союза кинематографистов Азербайджана датировано 5 ноября 2012 г., а сама проверка началась с 20 ноября и продлилась по 13 декабря прошлого годаПоэтому утверждение Натика Амирова о том, что проверка началась в середине 2012 г., мягко говоря, не соответствует действительности”, – отметил Ф.Агаев.
Далее он напомнил высказывания первого заместителя министра налогов о том, что проводилась проверка деятельности Союза кинематографистов с 2009 по 2012 год“Он также отмечает, что это была очередная проверка, которая проводится раз в три годатут небольшая неточность, т.к. о том проверка очередная или нет, я не говорил. Я только подчеркнул, что проверка охватила период более трех лет, что противоречит закону - Ф.А,Ну что ж, будем считать по пальцам: 2009 – 1, 2010 – 2, 2011 – 3, 2012 – 4. Итого 4 года! С одной стороны, один из руководителей министерства признает, что проверка в соответствии со ст. 36.3. Налогового кодекса не могла охватить период более чем 3 года, а с другой получается, что имеет в виду 4 года!!! Напоминаю, что фестиваль, в связи с которым налоговыми инспекторами были начислены налоги и финансовые санкции, проводился в сентябре 2009 г. Нетрудно подсчитать, что проверка началась (20 ноября 2012 г.) спустя 3 года 2 месяца после фестиваля”, – заявил адвокат.
Ф.Агаев также коснулся уголовного дела, возбужденного Следственным управлением Министерства налогов в отношении Лалы Эфендиевой“Уголовное дело возбуждено незаконно! Даже если допустить, что имели место нарушения налогового законодательства, вследствие чего не были уплачены налоги, то для возбуждения уголовного дела необходимо установить, что имело место умышленное уклонение от налогообложения. А такого и в помине нет! Но главное не это. Главное то, что Лале Эфендиевой обвинение было предъявлено не за уклонение от уплаты налогов, а за присвоение чужого имущества! За присвоение 22000 манатов. Это чудовищно извращенное применение закона! Во-первых, Следственное управление Министерства налогов взялось за расследование, которое не относится к его ведению.
Во-вторых, события преступления-то нет: Союз кинематографистов заключил договор с ООО “Тикинти-Гурашдырма-ТШ” , согласно которому оплатил 22000 манатов за транспортные услуги. На его основании 120 иностранных гостей на протяжении 10 дней фестиваля обслуживали 8 микроавтобусов, 9 легковых автомобилей (6 “Мерседесов”, 2 “Джипа” и 1 “Линкольн”) – услуги были оказаны – это факт, что неопровержимо подтверждается в том числе видеоматериалами, снятыми в период фестиваля”, – считает адвокат.
Как отметил Ф.Агаев, налоговики действуют исходя из показаний человека, учредителя ООО “Тикинти-Гурашдырма-ТШ”, который был арестован ими же за совсем иные действия“Он полностью зависит от них! Этот человек утверждает, что не знает Т.Алиева, который подписал договор как директор ООО. Спрашивается – причем тут Союз кинематографистов, Лала ЭфендиеваПомимо подписей Т.Алиева на договоре стоит настоящая печать ООО “Тикинти-Гурашдырма-ТШ”. Эта же печать проставлена на протоколе согласования цен, акте о передаче автомобилей в аренду, счете-фактуре ООО, наконец, в квитанции кассового приходного ордера!!! Таким образом, на пяти документах проставлена печать указанного ООО. Из этих документов 2 представляют собой бланки строгой отчетности ООО! И кто же мог при таких обстоятельствах усомниться в личности директора? И с какой стати? О какой противозаконности тут может идти речь? Ни о какой. Это представители министерства не в ладах с законом. А самое главное – услуги-то были оказаны!”, – заметил адвокат
По мнению Ф.Агаева, Следственное управление руководствуется презумпцией виновности – принципом инквизационного процесса!
“Конституция Азербайджана, содержащая принцип невиновности(имеется в виду презумпция невиновности - Ф.А.), отброшена в сторону! Напоминаю, что присвоение – это противоправное и безвозмездное обращение чужого имущества в свою пользу, причинившее ущерб собственнику этого имущества. Думаю, что комментарии излишни!”.

Fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolarda adı vasitəçi kimi çəkilən Sevinc Babayevanın yayılan ölüm xəbəri nəhayət ki, təsdiqləndi. İlkin məlumata əsasən, S.Babayeva dekabrın 26-da “Medicana International İstanbul” xəstəxanasında ölüb. Xəstəxanadan bildirilib ki, S.Babayevanın meyiti Türkiyə Ədliyyə Nazirliyinin ekspertizasına aprılıb və hazırda da həmin yerdə saxlanılır

Qeyd edək ki, bir həftə əvvəl “Azadlıq” qəzeti S.Babayevanın ölməsi haqqında etibarlı mənbələrdən məlumat aldığını yazmışdı. Bir gün sonra hüquq-mühafizə orqanları S. Babayevanın İnterpol-a axtarışa verildi barədə xəbər yaydı. Bu həftənin sonunda isə Respublika Prokurorluğu xanım Babayevanın oğluna istinadən onun öldüyünü bildirdi. Beləliklə, xəbər yayılan gün ilk sual “Babayeva öldürülə bilərmi, kim öldürüb” oldu. Yaxud o, cinayət işi açıldığı halda Azərbaycan sərhədini necə keçib, bəlkə saxta pasportdan istifadə edib? Onun ölkədən getməsinə niyə imkan veriliib? Bu ölüm kimlərə sərf edirdimi? sualları gündəmə gəlib.

Fuad Ağayev: «İstənilən halda hüquq mühafizə orqanları məsuliyyət daşıyır»

Tanınmış hüquqşünas Fuad Ağayev hesab edir ki, Türkiyə hüquq-mühafizə orqanları çox ciddi araşdırma aparmalıdırlar: “Birincisi, meyitin Sevinc Babayevaya məxsus olması məlum olmalıdır, yəni eyniləşmə aparılmalıdır. İkincisi, əgər xəbər təsdiqini taparsa, ölümün səbəbləri araşdırılmalıdır, ciddi məhkəmə-tibbi ekspertiza təhqiqatı keçirilməlidir. Bir sözlə, Türkiyə ekspertləri bu barədə ciddi rəy verməlidirlər, bu işin xüsusi əhəmiyyətini, Babayevanın Azərbaycanda başlanmış cinayət işinə görə həlledici şahidlərdən biri olması halları nəzərə alınmalı, o cümlədən, onun kimlərlə əlaqədə olması araşdırılmalı, həmin adamlar dindirilməlidir. Eyni zamanda, onun hansı xəstəliklərdən əziyyət çəkməsinə dair məlumatlar da toplanmalıdır. Ən əsası Babayevanın Azərbaycandan necə keçməsi, sənədlərində hansı qeydiyyatların olması araşdırılmalıdır, yalnız bu məsələlərdən sonra hüquqi qiymət verilməlidir. Mən məsələyə peşəkar yanaşdığımdan əvvəlcədən hüquqi qiymət vermək istəmirəm. Ancaq kifayət qədər gənc xanımın Azərbaycandan kənarda öldürüləcəyini proqnozlaşdırdığım zamanda həyatdan getməsi ciddi araşdırma tələb edir”
“Onu öldürə bilərlərmi, yaxud kim öldürtdürüb” sualına hüquqşünas belə cavab verdi: “Bu məsələdə əvvəlcədən hökm vermək qətiyyən doğru deyil. Birincisi, onun ölməsinin kənar müdaxilə nəticəsində baş verib-verməməsi araşdırılmalıdır, məhkəmə-tibbi ekspertizanın qarşısında dayanan əsas suallardan biri budur! Əgər kənar müdaxilə nəticəsində ölməsi müəyyən olunsa belə, qəti fakir söyləmək yenə də tezdir. Bilirik ki, Babayeva sonuncu videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqqında ittihamedici sözlər səsləndirmişdi. Ancaq bu o demək deyil ki, onun ölümündə həmin qrup maraqlı olub, axı rəqib tərəflər də vəziyyətdən istifadə edə bilərlər”. Hadisənin Ramiz Mehdiyevə qarşı çevrilməsi haqqında suala gəlincə, Fuad Ağayev cavab verdi ki, bu məqamda “hüquq-mühafizə orqanlarının Babayevanı dindirməyə macal tapdılarmı” sualı meydana çıxır: “İstənilən halda siyasi aspektdən yanaşsaq, onun ölümü diqqəti Ramiz Mehdiyevin şəxsiyyəti üzərində cəmləşdirir”. Hüquqşünas dedi ki, Sevinc Babayevanın ölkədən çıxmasında istintaq və prokurorluq məsuliyyət daşımalıdır: “Birinci, onun nə zaman Azərbaycanı tərk etməsi müəyyən edilməlidir, ikinci, dindirilibmi, ona qarşı ittiham irəli sürülübmü, üçüncü, haqqında cinayət məsuliyyətinə cəlbetmə qərarı varmı? Əgər bunlar yoxdursa, hüquq-mühafizə orqanları nə üçün ləng tərpəniblər? Heç olmasa ittihamı elan edib başqa yerə getməməsi barəsində iltizam almalıydılar. Bir sözlə, istənilən halda hüquq-mühafizə orqanları məsuliyyət daşıyırlar”.

Əyyub Kərim: “Hansı qüvvələr Sevinc Babayevanı Azərbaycandan çıxarıblarsa, onlar da bu hərəkətə yol veriblər”

Tanınmış hüquqşünas, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərim Babayevanın ölümündə təsüdüflər və planlı gedişlərin də mümkünlüyünü istisna etmədi: “Hələ hadisədən bir neçə saat əvvəl bildirmişdim ki, qruplar arasında müəyyən mübarizənin getməsi bu ehtimalı doğurur, yəni bir qrup onun aradan götürülməsi, başqa biri sağ qalması, digəri isə ümumiyyətlə, susmasını istəyir. Ardıcıllıq xəttinə gəlincə, bəli, Babayeva axtarışa verilə bilərdi, amma bu cür axtarışlar da formal xarakter daşıyır. Necə ki, Elmar Hüseynovun qətliylə əlaqədar axtarış elan edilmişdi, amma sonra bunun formal olduğı ortalığa çıxdı. Yaxud akademik Ziya Bünyadovun ölümündə əsas fiqurlardan biri, DİN-nin 7-ci idarəsinin əməkdaşı İran sərhədini keçəndə güllələnmişdi. Təbii ki, Babayevanın ölümündə düşünülmüş mövqelər də var, hakimiyyət qüvvələri onun harada olduğunu müəyyən edə bilərlər, ona görə İnterpola müraciət ediblər. Yaxud arxayın olarlar ki, bir neçə saatdan, ya da bir gün sonra Sevinc olmayacaq, yəni biz işimizi gördük, axtarışa verdik, amma bu ardıcıllıqda təsadüflər, formal istintaq hərəkətləri, düşünülmüş bir proqramın müəyyən hissəsi də mümkündür”. Ə.Kərim bildirdi ki, ilkin məlumat olan ürək çatışmazlığı araşdırılmalıdır, yəni onun əvvəllər ürək xəstəliyindən əziyyət çəkməsi barədə məlumatlar toplanmalıdır: “İkinci, Babayeva ölkəni necə tərk etmişdi, hansı sənədlə, öz sənədiyləmi, üçüncü, o, quru, yoxsa hava, su, qaçaq yoluyla bəlkə Gürcüstana, Rusiyaya, ordan da Türkiyəyə gedib?! Bu suallar Türkiyə hüquq-mühafizə orqanları tərəfindən dəqiqliklə cavablandırılmalıdır! Dördüncü, əgər İnterpolda axtarışda olubsa, Türkiyə dövləti onun barəsində Azərbaycan hökumətinə məlumat verməliydi, axı o, hər hansı klinikaya gedəndə, istər-istəməz sənəd göstərir. Türkiyə kimi dövlətlərdə xəstəxanada ölüm çox ağır qarşılanır, xüsusən də xarici ölkə vətəndaşının ölümü. Bunun üçün birinci araşdırmanı Türkiyə hüquq-mühafizə orqanları aparmalı və onun qardaş ölkəyə necə gəlməsi sualına cavab verilməlidir. Yaxud evində qaldığı rəfiqəsi kimdir, həmin adam sorğu-sual edilməlidir. Əgər 1 həftə əvvəl İnterpolda axtarışda olduğu bildirildisə, deməli, xəstəxana məlumat yaymalıydı ki, “qırmızı kart”la axtarılan vətəndaş onlara müraciət edib. Amma Azərbaycan hüquq-mühafizə orqanları da onun ölkəni necə tərk etməsini araşdırmalıdır. Bəlkə onun ikinci sənədi olub və Azərbaycanı çox rahat şəkildə tərk edib. Əgər başqa sənədlə gedibsə, həmin sənəd ona nə zaman verilib sualına cavab verilməlidir”
Hüquqşünas hesab edir ki, Sevin Babayevanın ölümü böyük skandal yaradacaq: “Çünki məsələnin araşdırılmasında bir həlqə yoxdur. Bu mənada onun ölümü Ramiz Mehdiyevə qarşı çevrilə bilər, yəqin ki, çevriləcək də. Amma bizim bilmədiyimiz başqa bir qrup da ola bilər. Bütün hallarda hansı qüvvələr Sevinc Babayevanı Azərbaycandan çıxarıblarsa, onlar da bu hərəkətə yol veriblər. Bir daha deyirəm, onun ürək çatışmazlığı haqqında rəsmi məlumatı bilməliyik. Bilirsiniz, elə maddələr var ki, yeməyə yeridiləndən bir neçə gün sonra insanda kəskin ürək çatışmazlığı yaradır. Və heç bir ekspertiza kəskin ürək çatışmazlığının birdən-birə nədən olduğunu göstərə bilmir. Ona görə əsas sözü həkimlər deyəcək ki, ürək çatışmazlığını yaradan situmalları nə idi? Məncə, istintaq işi belə başlanıbsa, qalan fiqurlar da aradan götürülə bilər”.

Natiq CAVADLI
http://bizimyol.info/?sehife=1&xeber=6062
Fuad Ağayev: “Onun həbsi və axtarışı haqqında müvafiq qərarlar, təqsirini təsdiqləyən sübutlar olmalıdır”

Ötən gün “Avropa.info” saytının yaydığı məlumata əsasən, fəaliyyəti dayandırılmış ABU-nin sabiq rektoru Elşad Abdullayevin Azərbaycana ekstradisiyası üçün fəal iş aparılır. Bunun üçün bir neçə gün əvvəl ölkənin siyasi gündəminə təsir imkanları böyük olan iri ranqlı məmurlardan biri Fransanın Azərbaycandakı səfiri Paskal Mönienlə danışıqlar aparıb. Görüş başlar-başlamaz Azərbaycan rəsmisi hücuma keçərək Elşad Abdullayevi “cinayətkar” adlandırıb, Fransa hökumətini onu himayə etməkdə suçlayıb. Hətta Azərbaycan məmuru bildirib ki, Elşad Abdullayev Azərbaycana verilməyəcəyi təqdirdə iki ölkə arasındakı münasibətlərə zərbə dəyəcək. Səfir isə öz növbəsində Fransanı təmsil etdiyini və heç kimin onunla təzyiq məzmununda danışmaq haqqının olmadığını söyləyib. Bundan sonra azərbaycanlı məmur səfirlə mülayim tərzdə danışaraq, Fransa hakim dairələrindəki nüfuzundan istifadə edərək Elşad Abdullayevin ölkəyə gətirilməsinə yardımçı olmasını xahiş edib. Səfir Paskal Mönien isə bunun ölkəsinin qanunlarına zidd olduğunu və sabiq rektorun Fransa hökuməti tərəfindən qorunduğunu deyib. Paskal Mönien bu işdə heç bir köməklik göstərə bilməyəcəyini məmurun diqqətinə çatdırıb. Elşad Abdullayevin sözçüsü Elnur Məcidli sabiq rektorun ölkəyə qaytarılması üçün cəhdlər olduğunu təsdiqləyib və hakimiyyətin addımlarının uğursuzluqla nəticələndiyini deyib

Məsələnin hüquqi tərəfini “Bizim Yol”a şərh edən tanınmış vəkil Fuad Ağayev bildirib ki, Azərbaycan hökuməti başqa dövlətin ərazisindən vətəndaşını gətirmək üçün müəyyən hüquqi əsaslara malik olmalıdır: “Bir qayda olaraq müəyyən hüquqi əsaslardan başlıcası və tətbiq ediləni məhkəmənin axtarış, yaxud həbs-qəti imkan tədbiri barəsində qərarıdır. Belə hallarda Ədliyyə Nazirliyi vasitəsilə müvafiq istintaq orqanı, prokurorluq öz müraciətini müvafiq ölkənin Ədliyyə Nazirliyinə ünvanlayır və həmin şəxsin verilməsini tələb edir. Aydın məsələdir ki, bundan sonra müvafiq dövlətin məhkəməsində müraciətə baxılır. Əgər söhbət Elşad Abdullayevdən gedirsə, ən azı o, nədəsə təqsirləndirilməlidir, xüsusən də, o, təqsirləndirildiyi cinayətlərə görə azı 2 il azadlıqdan məhrum olunma qərarı ilə üzləşməlidir. Yəni formal tələblərin bir hissəsi bundan ibarətdir. Bir daha təkrar edirəm, həbs və axtarış haqqında müvafiq qərarlar, onun təqsirini təsdiqləyən sübutlar olmalıdır”. Fuad Ağayev “lap, müraciət olsa belə, onun təmin olunma perspektivinə şəxsən mən çox böyük şübhə ilə yanaşıram” deyərək əlavə etdi ki, artıq ortalıqda olan sübut və müzakirələrdən hər şey bəllidir: “Ki, onun Azərbaycana verilməsi nəylə nəticələnə bilər. Yəni bu hadisə ədalət mühakiməsinin aparılmasına xidmət edən bir hal ola bilməz. Hesab edirəm ki, Elşad Abdullayevin kifayət qədər Fransada ixtisaslı vəkillərin yardımından bəhrələnmək imkanı var. Bütün bunları ümumləşdirib deyə bilərəm ki, Elşad Abdullayevin Azərbaycana verilmə ehtimalı sıfıra yaxındır”.

Natiq CAVADLI

http://bizimyolinfo.com/?sehife=1&xeber=5962

По словам отечественного эксперта, многие дела граждан ранее снесенных домов уже находятся в ЕСПЧ

/ Дж.АЛЕКПЕРОВА

"Многие дела граждан снесенных домов по улицам Шамси Бадалбейли, Физули и другим уже находятся в Европейском суде по правам человека (ЕСПЧ)". Об этом заявил "Эхо" юрист Фуад Агаев. Комментируя информацию о начале сноса Советской и Кубинки в начале февраля 2013 года, эксперт заметил, что даже Никколо Макиавелли считал святость и неприкосновенность частной собственности одним из двух необходимых условий, при которых можно продолжать править народом. Даже в Средневековье он говорил, что посягать на чужое имущество нельзя, так как народ должен быть уверен, что его собственности ничего не грозит. Однако наша власть превзошла самих проповедников макиавеллизма - отметил он.

Между тем, как сказал заместитель начальника аппарата исполнительной власти Баку Зюльфали Исмайлов, одни из самых старых известнейших кварталов Баку - Советская и Кубинка будут снесены. Снос старых кварталов будет начат с февраля 2013 года. "После окончания новогодних праздников жителям этих кварталов будут направлены письма с уведомлением о начале сноса, после чего начнется выдача денежной компенсации", - сказал Исмайлов.

Прежнее название проспекта Нариманова - улица Советская. Кубинкой называется массив старых одноэтажных построек за городским Парком офицеров на улице Самеда Вургуна.

Определен размер намеченной компенсации за сносимое жилье. Замначальника аппарата отметил, что она будет определена в размере 1.500 манатов за 1 квадратный метр жилой площади. В настоящее время сносится другой жилой квартал в Баку, рядом с госпиталем Министерства обороны АР, на улице Дж.Салимова. Жители сносимых домов недовольства по поводу размера компенсаций прессе не изъявляли.

Как ранее сообщил председатель Государственного комитета по градостроительству и архитектуре и Союза архитекторов Азербайджана, заслуженный архитектор Аббас Алескеров, подготовлен План реконструкции центральных улиц Баку - Папанина, Кубинка и Советская. По его словам, на этих территориях "будут построены новые парки, скверы и отели". Касаясь возможного сноса синагоги на ул. Физули (бывшая Басина), глава Госкомитета отметил, что "планов такого рода не существует". Ранее заместитель председателя Госкомитета по архитектуре и градостроительству Азербайджана Довлетхан Довлетханов не исключал возможности строительства на Папанина и Кубинке, помимо парков и скверов, новых зданий.

"Финансирование сноса будет осуществляться как за счет госбюджета, так и за счет средств инвесторов, поэтому возможно, что здесь могут появиться и новые здания", - сказал Д.Довлетханов. Д.Довлетханов также отмечал, что многим зданиям, в том числе на бывшей ул. Советской, около 100 лет, и они являются аварийными. Кроме того было отмечено, что снос старых зданий на Советской - достаточно долгосрочный план, на ближайшие 20 лет. Отметим, что "План регионального развития Большого Баку" охватывает срок до 2030 года. Напомним, что вместо зданий на пр. Н.Нариманова (бывшая ул. Советская), которые исчерпали срок эксплуатации, появится рекреационный парк.http://www.echo.az/index.php?rid=3

Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) 
Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi 
və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinin 
Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə 
keçməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I


Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 121-4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının qanunlarına əməl olunmasının təminatçısı kimi çıxış edir, Azərbaycan Respublikasının suverenliyinin qorunmasına, müdafiəsinə, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə dair tədbirlər görür, Azərbaycan Respublikası dövlət orqanlarının bu sahələrdə fəaliyyətinə rəhbərlik edir.

Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy 1993cü il iyun ayının 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərindən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə getmişdir.

Prezidentin mətbuat xidməti tərəfindən yayılmış sonrakı rəsmi məlumata görə, "Prezident Əbülfəz Elçibəy iyun ayının 17-dən 18-nə keçən gecə Bakı şəhərində gözlənilən qırğının qarşısını almaq və öz təhlükəsizliyini təmin etmək üçün vəzifəsinin icrasını heç kimə həvalə etmədən Bakının Binə aeroportundan Naxçıvana uçmuşdur".

Həmin gündən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində qalan Əbülfəz Elçibəy Azərbaycan dövlətinin başçısı kimi fəaliyyətini həlledici dərəcədə məhdudlaşdırmış, respublikanın dövlət idarəetmə orqanları ilə faktiki olaraq əlaqəsini itirmiş və ali icra hakimiyyəti fünksiyalarının yerinə yetirilməsindən özünü kənarlaşdırmışdır. Bu səbəbdən o, Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilmir.

Bu müddət ərzində respublikanın başqa bölgələri, o cümlədən Bakı ilə bütün əlaqələrini yalnız son dərəcə qeyri-sabit işləyən ümumi telefon rabitəsi vasitəsi ilə quraraq Azərbaycan Respublikasının Prezidenti obyektiv məlumatların alınmasından, ölkədəki gərgin ictimai-siyasi və hərbi vəziyyətə düzgün qiymət verilməsindən, baş verən hadisələrə təsir göstərə bilən təxirəsalınmaz qərarların qəbul edilməsindən özünü məhrum etmiş və beləliklə də hadisələrin inkişafına nəzarət etmək imkanını itirmişdir. Bununla da Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Konstitusiyası ilə onun üzərinə qoyulmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikası qanunlarına əməl olunmasının təminatçısı kimi öz vəzifəsini yerinə yetirə bilmir.
Azərbaycan ərazisində müharibə getdiyi dövrdə respublikanın suverenliyinin qorunmasının, onun müdafiəsinin, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə məsuliyyət daşıyan respublika Prezidentinin Ermənistanın işğalçı qoşunları ilə döyüşən hərbi hissələrlə ümumiyyətlə əlaqəsi yoxdur. Belə vəziyyətdə Əbülfəz Elçibəyin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı kimi üzərinə düşən vəzifələri yerinə yetirməsi, o cümlədən strateji əhəmiyyətli əməliyyat planlarını təsdiq etməsi, bilavasitə onun tabeliyində olan müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinin silahlı qüvvələrini əlaqələndirməsi qeyri-mümkün olmuşdur. Xüsusi rabitə vasitələrinin olmaması üzündən dövlət və hərbi sirlərin açılması üçün real təhlükə yaranmışdır.

Hadisələrin bu səmtdəki inkişafı, habelə mövcud şəraitdə respublika həyatının mühüm sahələrini - müdafiəni, təhlükəsizliyi, daxili hüquq qaydasını təmin edən dövlət idarəetmə orqanları rəhbərlərinin olmaması Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoyur, dövlət hakimiyyət qurumlarının və idarəetmə sisteminin dağılmasına gətirib çıxarır. Respublikamızın müxtəlif bölgələrində yaranmış hakimiyyət boşluğu nəticəsində müxtəlif cinayətkar qruplar fəallaşaraq ağır cinayətlər, xüsusilə də qətllər, qarətlər, ictimai təhlükəsi yüksək olan başqa əməllər törətməkdədirlər. Vəziyyətin bu cür kəskinləşməsi Azərbaycanın fəlakətinə, dövlətçiliyimizin süqutuna səbəb ola bilər.

Yaranmış vəziyyət respublikadakı durumun sabitləşdirilməsinə, gərginliyin aradan qaldırılmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, qanunçuluğun bərpasına, bütün qüvvələrin xarici təcavüzə qarşı səfərbər edilməsinə yönəldilmiş qəti və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Belə şəraitdə Azərbaycan Respublikasının Milli Məclisi 1993- cü il 21 iyun tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə Bakı şəhərinə təcili olaraq qayıtması barədə müraciət etmişdir. Lakin Əbülfəz Elçibəy bu müraciətə əhəmiyyət verməyərək paytaxta qayıtmamış və heç bir təsirli tədbir görməmişdir.

Bununla Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti vəzifələrini icra etməsini qeyri-mümkün etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının Prezidenti bu və ya başqa səbəblərə görə öz vəzifələrini daha icra edə bilmədikdə, Azərbaycan Respublikasının yeni prezidenti seçilənədək onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçir".

Göstərilənləri nəzərə alaraq, 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələrdən sonra Azərbaycan Respublikasında yaranmış ictimai-siyasi böhrandan çıxış yollarını tapmaq, habelə Qarabağın Ağdam, Ağdərə, Füzuli və başqa rayonlarında erməni hərbi qüvvələrinin qarşısını almaq, Azərbaycan dövlətçiliyi üçün yaranmış təhlükəni və vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq, idarəetmə sisteminin fəaliyyətini bərpa etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsini rəhbər tutaraq qərara alır:

1. Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi təsdiq edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçsin. 

Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini
A. CƏLİLOV


Bakı şəhəri, 24 iyun 1993-cü il
№ 630

Profile

fuad_agayev
fuad_agayev

Latest Month

August 2017
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Counter




MyCounter - счётчик и статистика

Tags

Syndicate

RSS Atom
Powered by LiveJournal.com
Designed by Tiffany Chow